Vakansiya haqqında
Namizəddən tələblər
Ali təhsilin olması şərtdir.
Texnologiya, mexanika, energetika, İT, və oxşar ixtisaslar üzrə təhsil alan namizədlərə
üstünlük veriləcəkdir.
Rus və İngilis dilini Upper intermediate
səviyyəsində bilməli.
Ehtiyac olduğu halda xaricə səfər
etməlidir.
Avtomobil idarə edə bilən və şəxsi avtomobilin olması şərtdir.
Yanacaq və amortizasiya xərci qarşılanır.
Təhlükəsizlik və keyfiyyət
standartlarına riayət etməyi bacarmalı
Universiteti yeni bitirmiş iş
təcrübəsi olmayan xanım və bəylər müraciət edə bilərlər. Təcrübə tələb olunmur.
Vəzifə öhdəlikləri:
Tibbi Cihaz və avadanlıqların quraşdırılması, sazlanması və istismara
verilməsi
Tibbi cihazların texniki servis proseslərinin təşkili və idarə
olunması
Avadanlıqların diaqnostikası, təmiri və profilaktik baxışına
nəzarət
Texniki heyətin işinin koordinasiyası və performansının
qiymətləndirilməsi
Servis standartlarının və təhlükəsizlik qaydalarının
tətbiqi
Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə
həlli
Zaman zaman xarici istehsalçıların təşkil etdiyi təlimlərdə online
vəya xaricə səfər edərək iştirak etmək.
Zərurət yarandıqda tibbi
məhsulların xəstəxanalara çatdırılması və təhvil verilməsi
Başlanğıc əmək haqqı 550 manat. İşçinin əmək haqqısı fəaliyyətinə uyğun olaraq
sonradan artırılacaqdır
İş vaxtı
Həftə içi: 08:30 – 17:00
Şənbə: 10:00 – 13:00
CV-ləri Müraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına
göndərməyiniz xahiş olunur. Mövzu bölməsində “Tibbi cihazlar üzrə mütəxəssis” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
