Vakansiya haqqında
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı
İş rejimi: Növbəli iş rejimi
Vəzifənin təsviri
AVIS Azerbaijan komandamıza qoşulacaq Satış və Əməliyyat üzrə Mütəxəssis axtarırıq.
Namizəd hava limanı ofisində avtomobil icarəsi üzrə satış fəaliyyətini, avtomobillərin gündəlik əməliyyatlarını,
müştərilərə təhvil verilməsi və geri qəbul edilməsi proseslərini idarə edəcək. Eyni zamanda əməliyyat məlumatlarının
düzgün qeydiyyatını və müvafiq hesabatların hazırlanmasını təmin edəcək.
Əsas vəzifə öhdəlikləri
Hava limanına gələn müştərilərə avtomobil icarəsi xidmətlərini təqdim etmək və aktiv
satış həyata keçirmək;
Müştərilərin ehtiyaclarına uyğun avtomobil və
icarə şərtləri təklif edərək satış imkanlarını dəyərləndirmək;
İcarə
müqavilələrini hazırlamaq, rəsmiləşdirmək və müvafiq sistemə daxil etmək;
Avtomobillərin gündəlik əməliyyatlarını idarə etmək, təhvil və geri qəbul proseslərini həyata
keçirmək;
Avtomobillərin texniki və vizual vəziyyətini yoxlamaq, mövcud
zədələri və digər uyğunsuzluqları qeydə almaq;
Avtomobillərin
təmizliyinə, istifadəyə hazır olmasına və əməliyyat planına uyğun mövcudluğuna nəzarət etmək;
Avtomobillərin təhvil-təslim sənədlərini, açarlarını və digər müvafiq sənədləri idarə
etmək;
Gündəlik satış, icarə, avtomobil hərəkəti və əməliyyat
göstəriciləri üzrə hesabatlar hazırlamaq;
Əməliyyat məlumatlarını təhlil
etmək, uyğunsuzluqları müəyyənləşdirmək və vaxtında rəhbərliyə məlumat vermək;
Müştəri məmnuniyyətini təmin etmək və AVIS xidmət standartlarına riayət
etmək.
Namizədə tələblər
Ali təhsil mütləqdir;
İngilis dilini yaxşı səviyyədə bilmək və xarici müştərilərlə sərbəst ünsiyyət qurmaq
mütləqdir;
Avtomobillərin texniki və vizual
xüsusiyyətlərini bilmək, avtomobilin vəziyyətini qiymətləndirmək bacarığı mütləqdir;
Avtomobillərin gündəlik icarə əməliyyatlarını və təhvil-təslim proseslərini müstəqil
idarə etmək bacarığı mütləqdir;
Güclü analitik düşünmə
və hesabat hazırlama bacarığı;
MS Excel və digər ofis
proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
Azərbaycan dilində
sərbəst ünsiyyət bacarığı;
Satış, müştəri xidmətləri və ya avtomobil
icarəsi sahəsində iş təcrübəsi üstünlükdür;
Rus dilini bilmək
üstünlükdür;
Yüksək məsuliyyət, dəqiqlik, operativlik və problem həll
etmə bacarığı;
Növbəli iş rejimində, o cümlədən həftəsonları işləmək
imkanı.
Təklif edirik
Beynəlxalq avtomobil icarəsi brendi AVIS-də işləmək imkanı;
Əmək bazarına və namizədin təcrübəsinə uyğun əməkhaqqı;
Özəl tibbi sığorta;
Peşəkar və
dinamik iş mühiti;
Peşəkar inkişaf və karyera
imkanları.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
