Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin fəaliyyətinin həyata keçirilməsinin davamlılığını təmin etmək məqsədilə
fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunmasına nəzarət etmək;
Daşınmaz əmlakın istismarının qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə
tədbirlər görmək və onlara nəzarət etmək;
Kommunal müəssisə və
təşkilatlarla işgüzar münasibətlər yaratmaq;
İnfrastrukturun tam istismar
səviyyəsində saxlanılması üçün uyğun resursları müəyyənləşdirmək, idarəetmə sistemi ilə bağlı məsələlərin həllinə
yardım etmək;
İnfrastrukturun tam saz vəziyyətdə saxlanılması üçün
mövsümi və reqlament baxışlar keçirmək, təchiz edilmiş mal və materialları yoxlamaq;
Bütün kommunal işlərin icrasına nəzarəti həyata keçirmək (su, qaz, elektrik, istilik təchizatı
və s.);
Fəaliyyəti ilə əlaqədar rəhbərlik etdiyi şöbənin büdcəsinin
formalaşdırılması və ona nəzarətin həyata keçirilməsi;
Ərazidə təmir
edilən tikili və qurğuların layihələndirilməsində iştirak etmək və onların təmirinə nəzarət etmək və bu cür tikili
və qurğuları hazır olduqdan sonra icraçı təşkilatdan qəbul etmək;
Şirkətin fasiləsiz enerji təchizatı ilə təmin edilməsi məqsədilə balansda olan elektrik
generatoruna istehsalçı və dövlət tərəfindən müəyyən edilmiş normativlərə əsasən xidmət göstərilməsini və
sınaqlarını təşkil etmək;
Şirkətin fasiləsiz enerji təchizatı ilə təmin
edilməsi məqsədilə balansda olan elektrik transformatorları və elektrik xətlərinə dövlət tərəfindən müəyyən
edilmiş normativlərə əsasən xidmət göstərilməsini və sınaqlarını təşkil etmək;
Təmir, tikinti və quraşdırılma işlərini tədarükçü və podratçılarla koordinasiya etmək və
təkmilləşdirmək, podratçının seçimində təkliflər vermək, görülmüş işi qiymətləndirmək;
Şirkətdə təmir işlərinin icrasına və keyfiyyətinə nəzarət etmək;
Şirkətin fəaliyyəti ilə əlaqədar icarəçilərə müqavilələrdə nəzərdə tutulmuş xidmətlərin
göstərilməsini təmin etmək;
Fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar
tərtib etmək, alqı-satqı tələblərinin icazəsini təsdiq etmək və ya imtina vermək;
Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və
onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;
Xarici
xidmət təminatçılarının fəaliyyətini nəzarət altına almaq üçün monitorinq və müşahidə fəaliyyətlərini həyata
keçirmək
Şirkətin fasiləsiz işinin təmin edilməsi məqsədilə istifadə
edilməsi ehtimalı çox olan ehtiyat hissələri və mal-materialların minimal ehtiyatını yaratmaq;
Fəaliyyəti ilə əlaqədar tabeliyində olan əməkdaşlar üçün icbari göstərişlər vermək, onların
vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirmək, üzərinə əsas fəaliyyət göstəriciləri (KPİ)
qoymaq;
Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq
hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Fəaliyyəti ilə əlaqədar
riskli işlərin görülməsi zərurəti halında bu barədə SƏTƏM mütəxəssisindən işə başlamaq üçün təsdiq aldıqdan sonra
tabeliyində olan əməkdaşlara həmin işə başlamaq üçün icazə vermək və işin icrasına nəzarət
etmək;
Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər
göstərişlərin icrasını təmin etmək.
Namizədə tələblər
Ali texniki, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil;
Texniki xidmətlər, mühəndislik, bina və infrastrukturun istismarı sahəsində 10 ildən
yuxarı
Rəhbər vəzifədə isə 5-7 il iş
təcrübəsi
Elektrik, su, qaz, istilik və digər kommunal sistemlərin
istismarı və texniki xidməti üzrə praktiki biliklər;
Generator,
transformator, elektrik xətləri və digər mühəndis-texniki avadanlıqların istismarı və texniki baxışı üzrə
biliklər;
Təmir, tikinti və quraşdırma işlərinin təşkili və
nəzarəti üzrə təcrübə;
Podratçı və xidmət təminatçıları ilə işin
koordinasiyası və onların fəaliyyətinə nəzarət bacarığı;
Risklərin
müəyyənləşdirilməsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət
bacarığı;
Komanda idarəetməsi, iş bölgüsü və əməkdaşların
fəaliyyətinə nəzarət bacarığı;
Analitik düşünmə, problem həll etmə
və operativ qərarvermə bacarığı;
Azərbaycan dili üzrə səlis danışıq
və yazı bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
