Vakansiya haqqında
"Baku TV" Youtube üzrə mütəxəssis
vakansiyası elan edir.
Öhdəliklər:
Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin
idarə edilməsi;
Materiallara uyğun diqqətçəkən və məzmunu
düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin
hazırlanması;
Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və
nəticənin yoxlanılması;
YouTube Shorts üçün uyğun materialların
seçilməsi və müntəzəm paylaşılması;
Pleylistlərin yaradılması və yenilənməsi,
videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
YouTube Analytics
vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin
təhlili;
Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin
hazırlanması;
Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya
statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
Redaksiya, montaj,
dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.
Tələblər:
Youtube
kanallarının idarə olunması üzrə praktiki təcrübə;
Youtube Studio və YouTube Analytics ilə
işləmək bacarığı;
Azərbaycan dilində düzgün və səlis yazı
bacarığı;
Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək
bacarığı;
YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında
biliklər;
Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək
bacarığı;
YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər
üstünlükdür.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi
göndərə bilər və ya https://cv.management.az/vacancy/125linkə daxil olub müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
