Vakansiya haqqında
«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı xidmətləri göstərən
dinamik inkişaf edən şirkətdir. Mühasibatlıq komandamızı genişləndirmək və maliyyə-vergi əməliyyatlarını peşəkar
səviyyədə idarə etmək üçün təcrübəli Mühasib xanım axtarışındayıq.
Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri
Bütün növ vergi (ƏDV, Mənfəət, Ödəmə Mənbəyindən Tutulan Vergi, Əmlak, Torpaq və
s.), DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına (e-taxes.gov.az,
e-sosial.gov.az) vaxtında təqdim olunması;
Mühasibat uçotunun 1C (8.3)
proqramında dəqiq və qanunvericiliyə uyğun aparılması;
İdxal-ixrac
(gömrük) əməliyyatlarının mühasibat uçotunun aparılması, B3 gömrük bəyannamələri və invoyslar üzrə işlərin
icrası;
Elektron Qaimə-Fakturaların (EQF) tərtib olunması, göndərilməsi
və daxil olan qaimələrin yoxlanılaraq sistemə daxil edilməsi;
Kassa, bank
(Milli və Xarici valyuta hesabları) əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının
hazırlanması;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və son
haqq-hesabların hesablanması;
Debitor və kreditor borclarına gündəlik
nəzarət, qarşılıqlı üzləşmə aktlarının tərtibi və yoxlanılması;
Aylıq,
rüblük və illik daxili maliyyə və idarəetmə hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Namizədə Dair Tələblər
Cins: Xanım;
Təhsil: Ali təhsil
(Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (bütün növ hesabatları müstəqil
təqdim etmə bacarığı mutləqdir);
Vergi Məcəlləsini və əmək
qanunvericiliyini bilməli;
Proqram bilikləri: 1C:Mühasibatlıq (8.3),
Microsoft Excel (yüksək səviyyədə), BTP, e-Təchizat və e-Gov portalları ilə sərbəst işləmək
bacarığı;
Sənədləşmə, invoys və logistika sənədləri (CMR və s.) ilə
işləmə təcrübəsi;
Dillər: Azərbaycan dili (sərbəst), Rus dili (biznes
yazışmaları və interfeys səviyyəsində arzuolunandır);
Dəqiqlik,
məsuliyyətlilik, analitik təfəkkür və komandada işləmək bacarığı.
İş Şəraiti və Təminatlar
İş qrafiki: 5 gün (09:00 – 18:00);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;
Peşəkar və mehriban kollektivdə karyera və inkişaf imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Mühüm qeyd:Məktubun mövzu (Subject) hissəsində Mühasib
xanım qeyd olunması mütləqdir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
