Vakansiya haqqında
“Automobiles Group” şirkətinin tərkibində olan, Premium avtomobil seqmentində Rəsmi Diler
kimi təmsil olunan avtosalona “Satış üzrə menecer” vəzifəsinə peşəkar namizəd dəvət
olunur.
Əsas vəzifə və
öhdəliklər:
Avtosalona gələn müştəriləri peşəkar şəkildə
qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək və ehtiyaclarına uyğun avtomobil və xidmətlər üzrə
təkliflər təqdim etmək;
Satışı həyata keçirilən b rendlər və avtomobil modelləri haqqında müştərilərə ətraflı məlumat vermək, o
cümlədən modelin mövcudluğu, texniki xüsusiyyətləri, üstünlükləri, komplektasiyası, zəmanət şərtləri və servis
imkanları barədə məlumatlandırmaq;
Müştərilər üçün test sürüşlərinin təşkilini və prosesin koordinasiyasını həyata
keçirmək;
Mövcud
kampaniyalar, xüsusi təkliflər və endirimlər barədə müştəriləri məlumatlandırmaq;
Müştərilərə kredit və digər maliyyələşdirmə həlləri
barədə ilkin məlumat vermək, tələb olunan sənədlər və müraciət prosesi ilə bağlı düzgün
istiqamətləndirmək;
ERPsisteminə satışlar və digər aidiyyəti məlumatları müəyyən
edilmiş qaydada və mütəmadi olaraq daxil etmək, məlumatların düzgünlüyünü təmin etmək və satış prosesini sistem
üzərindən izləmək.
Müştərilərin suallarını operativ və peşəkar şəkildə
cavablandırmaq;
Satılmış
avtomobilin müştəriyə təhvil verilməsi zamanı avtomobilin təmizliyini, komplektliyini və təqdimata hazır vəziyyətdə
olmasını yoxlamaq və avtomobili müştəriyə təhvil vermək;
Avtosalonda nümayiş etdirilən avtomobillərin təqdimat vəziyyətinə, o cümlədən
səliqəsinə, məlumat materiallarına, qiymət etiketlərinə və digər təqdimat elementlərinə nəzarət
etmək;
Avtomobil bazarını
və bazar tendensiyalarını təhlil etmək, rəqiblərin fəaliyyətini və təkliflərini izləmək;
Müştəri məlumatlarının CRM sistemində düzgün və
vaxtında qeydiyyatını aparmaq və satış üzrə müvafiq hesabatları hazırlamaq;
Trade-in prosesində iştirak etmək, müştərinin
avtomobilinin ilkin qiymətləndirilməsini həyata keçirmək və dəyişdirmə prosesinin rəsmiləşdirilməsinə dəstək
olmaq;
Şirkətdə tətbiq
olunan əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə riayət
etmək;
Şirkətin daxili
siyasət, prosedur və qaydalarına, habelə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət
etmək;
Şirkətə aid məxfi
məlumatların qorunmasını təmin etmək, istifadəçi adları, şifrələr və parolların məxfiliyini
qorumaq.
Namizədə
tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst
danışıq və yazılı ünsiyyət bacarığı; rus və ingilis dili biliyi arzuolunandır;
Avtomobil satışı sahəsində minimum 2-3 il peşəkar iş təcrübəsi;
Satış proseslərinin qurulması və effektiv idarə olunması bacarığı;
MS Office proqramları və 1C ilə işləmə bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlü yanaşma, yüksək məsuliyyətlilik və punktuallıq;
Avtomobilin əsas texniki xüsusiyyətləri və cihazları haqqında ümumi
məlumatlılıq;
Komandada işləmək və yüksək müştəri xidməti standartlarına
riayət etmək bacarığı.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Satış üzrə
nenecer"qeyd edərək Müraciət
et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
