Vakansiya haqqında
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
Əməkhaqqı: 600–800 AZN + KPI bonusu
İş qrafiki: 6 günlük iş həftəsi
Biz kimik?
“Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası
sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik
şirkətdir.
Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış,
distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və
davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf
etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.
Sahara Electronics komandamıza elektronika və məişət texnikası sahəsində təcrübəsi olan,
müştərilərlə ünsiyyət qurmağı bacaran, satış yönümlü Satış məsləhətçiləri axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilərin qarşılanması və ehtiyaclarının müəyyən edilməsi;
Elektronika və məişət texnikası məhsulları haqqında müştərilərə ətraflı məlumat
verilməsi;
Məhsulların texniki xüsusiyyətlərinin, funksiyalarının və
üstünlüklərinin izah edilməsi;
Müştərinin ehtiyacına və büdcəsinə uyğun
məhsul seçimində köməklik göstərilməsi;
Alternativ məhsulların və əlavə
satış imkanlarının təqdim edilməsi;
Fərdi və komanda satış hədəflərinin
yerinə yetirilməsi;
Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi və
qiymət etiketlərinə nəzarət;
Məhsul qalıqları və stok vəziyyəti ilə bağlı
məsul şəxslərin məlumatlandırılması;
Müştəri məmnuniyyətinin və yüksək
xidmət standartlarının qorunması;
Mağazanın daxili qaydalarına və satış
prosedurlarına riayət edilməsi.
Namizədə dair tələblər:
Elektronika və məişət texnikası sahəsində minimum 1 il satış
təcrübəsi;
Elektronika mağazalarında satıcı və ya satış məsləhətçisi kimi
iş təcrübəsi;
Televizor, soyuducu, paltaryuyan, kondisioner, telefon,
kiçik məişət texnikası və digər məhsul kateqoriyaları üzrə biliklər;
Məhsulların texniki göstəricilərini öyrənmək və müştəriyə düzgün təqdim etmək
bacarığı;
Aktiv satış, etirazlarla işləmək və müştərini düzgün
yönləndirmək bacarığı;
Ünsiyyətqurma və inandırma
qabiliyyəti;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti və əməkhaqqı:
Əməkhaqqı: 600–800 AZN + KPI bonus;
İş
qrafiki: 6 günlük iş həftəsi;
İş saatları:
09:00–18:00;
Rəsmi əmək müqaviləsi.
Sahara Electronics-də sizi nə gözləyir?
Peşəkar və dinamik komanda;
Elektronika
sahəsində bilik və təcrübənin inkişafı;
Satış nəticələrinə uyğun əlavə
bonus sistemi;
Karyera yüksəlişi imkanları;
Korporativ və inkişafyönümlü iş mühiti.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
