Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Qastronom kateqoriyasındakı
(əsasən sosiska, bişmiş kolbasa, hisə verilmiş kolbasa, yarımhisə verilmiş kolbasa, vetçina və digər ət məhsulları)
məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin
istehsal prosesinə peşəkar nəzarət etmək.
Reseptura və Xammal
daxilolması: Məhsulların ət xammalının növlərini, yağ və zülal nisbətini, ət emulsiyasının hazırlanmasını,
funksional və texnoloji əlavələri, ədviyyatları və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi
keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, konsistensiya, tekstura və s.) texnoloji cəhətdən
yoxlamaq.
Xammal auditi: Ət xammalı, yağ, ədviyyatlar,
funksional əlavələr və digər xammal növlərini, onların keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək
istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın və ya resepturanın dəyişdirilməsi nəticəsində yarana biləcək
gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Qastronom kateqoriyası üzrə, əsasən sosiska və
kolbasa məhsulları üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi
(marjanı) təmin etmək.
Müqavilə və Qiymət danışıqları:
İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri
müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
Maya
dəyərinin (Cost) idarə edilməsi: Ət və digər xammal, qablaşdırma, istehsal, logistika və soyuq zəncir
xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Ət və ət
məhsullarının texnologiyası)
Təcrübə: Ət və
ət məhsulları, qastronom və ya FMCG sahəsində birbaşa istehsalatda/ət emalı zavodunda texnoloq, istehsalat və ya
keyfiyyət üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
Sektor və Bazar Biliyi: Həm ət və ət məhsullarının istehsalat və texnoloji
qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə
yaxşı bilmək.
Ət xammalı üzrə bilik: Ət xammalının
növləri, yağ və zülal göstəriciləri, ət emulsiyasının hazırlanması, qiymə kütləsinin texnoloji emalı, istilik emalı,
soyutma və qablaşdırma prosesləri haqqında praktiki biliklərə malik olmaq.
Keyfiyyət və qida təhlükəsizliyi: Ət məhsullarında mikrobioloji risklər,
BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri, soyuq zəncir və məhsulun
fiziki-kimyəvi və orqanoleptik göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
Təchizatçı təcrübəsi: Yerli və xarici ət məhsulları istehsalçıları və
təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik
olmaq.
Dil Bilikləri: Azərbaycan dili (mükəmməl),
İngilis və ya Rus dili (mütləqdir).
Şəxsi
keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və
qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
