Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihə sənədləri (çertyojlar, spesifikasiyalar, texniki tapşırıqlar) əsasında
BOQ-ların hazırlanmasına və yoxlanmasına rəhbərlik etmək.
BOQ
strukturunun Şirkətin Cost Code və WBS standartları ilə uyğunluğunu təmin etmək.
Həcm hesablamalarının (QTO) dəqiqliyini seçmə yoxlamalarla təsdiqləmək.
Yerli və beynəlxalq tenderlər üçün smeta və qiymət təkliflərinin hazırlanmasını təşkil etmək,
son qiyməti təsdiqə təqdim etmək.
Tender risklərini, istisnaları və
fərziyyələri müəyyən etmək və rəhbərliyə təqdim etmək.
Sifarişçi və
məsləhətçi ilə smeta və qiymətlər üzrə danışıqlarda iştirak etmək; müqavilə şərtləri üzrə danışıqları Kommersiya
Şöbəsi ilə birlikdə aparmaq.
Resurs (material, işçi qüvvəsi, texnika)
əsaslı smetaların və vahid qiymət analizlərinin hazırlanmasına nəzarət etmək.
Smetaların qüvvədə olan normativlərə, qiymət bazalarına və bazar qiymətlərinə uyğunluğunu
təmin etmək.
Daxili qiymət bazasını (material, iş və vahid qiymətlər)
yaratmaq və müntəzəm yeniləmək; başa çatmış layihələrin faktiki qiymətlərini bazaya əks
etdirmək.
Böyük tender paketləri üzrə təkliflərin müqayisəli cədvəllərini
hazırlamaq və onları tender öncəsi smeta ilə müqayisə etmək.
Anormal
aşağı və ya yüksək qiymətləri, scope boşluqlarını və istisnaları müəyyən etmək, Satınalma və Kommersiya şöbələrinə
rəy vermək.
Kommersiya Şöbəsinin sorğusu əsasında layihə dəyişiklikləri
və əlavə işlər üzrə smetaları hazırlamaq və əsaslandırmaq.
VO
qiymətlərinin müqavilə vahid qiymətlərinə və qiymətləndirmə qaydalarına uyğunluğunu təmin
etmək.
Müqavilə imzalandıqdan sonra təsdiqlənmiş smetanı büdcəyə
çevrilmək üçün Cost Code üzrə strukturlaşdırılmış formada Lead Cost Control-a təhvil vermək.
Smeta mütəxəssislərinin işini bölüşdürmək, yoxlamaq və onlara metodiki dəstək
vermək.
PMO-nun müəyyən etdiyi metodologiya çərçivəsində smeta
prosedurlarının və şablonlarının hazırlanmasında iştirak etmək.
Vəzifəyə olan tələblər:
Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying) və ya əlaqəli
sahə).
Smeta sahəsində minimum 7 il, o cümlədən aparıcı vəzifədə minimum
3 il təcrübə.
Yerli smeta normativləri və beynəlxalq təcrübə (NRM, AACE)
üzrə biliklər.;
İnnovativ standartlara uyğun işləməyi
bacarmalı;
MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək
səviyyədə bilməli;
Yüksək səviyyədə analitik-riyazi
biliklər;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə
bacarmaq;
İnşaat norma və qaydalarını bilməlidir;
Əmək şəraiti:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət
tərəfindən təmin edilir.
Əmək haqqı: 3000 - 4000
AZN(NET)
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Smeta üzrə aparıcı mühəndis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
