Vakansiya haqqında
Vəzifənin məqsədi
Şirkətin tender və satınalma proseslərinin təşkili və sənədləşdirilməsinə dəstək
göstərmək, potensial tenderlərin izlənməsi, tender sənədlərinin hazırlanması, təkliflərin koordinasiyası və məlumat
bazasının yenilənməsi üzrə tapşırıqları rəhbərin nəzarəti altında icra etmək
İşin təsviri
Dövlət, özəl və beynəlxalq tender platformalarını müvafiq qaydada
izləmək.
Tender sənədlərini, texniki tələbləri və iştirak şərtlərini
ilkin təhlil etmək, əsas məlumatları sistemləşdirmək.
Texniki və
kommersiya təkliflərinin, müqayisə cədvəllərinin və tender yazışmalarının hazırlanmasına dəstək
göstərmək.
Tender bazasına və vendor qeydiyyatı məlumatlarına nəzarət
etmək, onları mütəmadi yeniləmək.
Tender sənədlərinin müəyyən edilmiş
formata uyğunluğunu və tamlığını yoxlamaq, tender prosesini izləmək.
Tender prosesi zamanı aşkar edilən risklər və çatışmazlıqlar barədə rəhbəri
məlumatlandırmaq.
Təchizatçı bazasını yeniləmək, potensial yeni
təchizatçıları araşdırmaq və müəyyən etmək.
Tender nəticələrinin təhlili
əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək.
Satınalma
planlarının və qrafiklərinin hazırlanmasında iştirak etmək.
Həftəlik və
aylıq hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar
Ali təhsil; iqtisadiyyat, biznes, mühəndislik, hüquq və ya əlaqəli sahələr üzrə
təhsil.
Azərbaycan Respublikasının dövlət satınalmaları qanunvericiliyi
üzrə biliklər.
Beynəlxalq satınalmaların idarə edilməsi üzrə
biliklər.
Tender və ya satınalma sahəsində minimum 2 il iş
təcrübəsi.
Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət
bacarıqları; rus dili biliyi üstünlükdür.
Dəqiqlik, analitik düşüncə,
məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
ERP sistemləri üzrə
biliklər.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
Bakı, Zahid Xəlilov küç. 576-cı məhəllə
Məşğulluq növü: Tam
ştat
Biz təklif edirik
Rəqabətli əmək haqqı
Stabil və peşəkar iş
mühiti
Karyera və peşəkar inkişaf imkanları
Əgər bizim vakansiya Sizə maraqlıdırsaMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına ümüraciət edə
bilərsiniz.
Diqqət:Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan
keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun olan namizədlər ilə e-poçt və / və ya telefon
vasitəsilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
