Vakansiya haqqında
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların
şəbəkəsi
Namizədə aid tələblər:
Orta ixtisas və ya orta təhsilli olması;
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
Səlis azərbaycan dili bilikləri;
Komandada işləmək
bacarığı;
Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və
məsuliyyətlilik;
Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq
bacarığı;
Rəhbərliyin əmrlərinin vaxtında və düzgün
icrası;
Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə
bacarığı;
Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə
üstünlükdür;
AR SQ hərbi xidmət keçmiş olması
arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili
qaydalara əsasən qəbul etmək və təhvil vermək;
Əməkdaşların, qonaqların
və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin
yoxlanılmasını təmin etmək;
Giriş və çıxış zamanı şəxsi çanta, paket və
digər əşyaların yoxlanılmasını həyata keçirmək;
Şübhəli hallarda
şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
Qonaqların
anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını
təmin etmək;
Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin
etmək və daimi nəzarətdə saxlamaq;
Gündəlik təhlükəsizlik jurnallarının
qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
Anbar
ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin
etmək;
Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə
rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara
uyğun şəkildə nəzarətdə saxlamaq;
Növbə zamanı baş verən hadisələr və
görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək
və şübhəli halları izləmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini
vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: Gecə növbəsi (1 gün iş, 2 gün istirahət);
İş yeri – Xırdalan şəhəri,anbar;
Əmək haqqı
- 660 Azn;
Müasir idarəetmə sistemi və mehriban
kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar
Nəzarətçisi” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
