Vakansiya haqqında
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və
əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək;
İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata
keçirmək;
Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını
və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni
icra etmək;
İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq
sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və
cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək;
İnsan resursları üzrə cari və perspektiv planların, hesabatların hazırlanmasında iştirak
etmək;
Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu
aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək
göstərmək;
Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank
proseslərinin icrasını təmin etmək;
ƏMAS platformasında əmək
müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək.
Namizəddən tələb olunan bilik və bacarıqlar
Ali təhsil;
İnsan resursları sahəsində
minimum 1 illik iş stajı;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi
üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib
edilməsi;
MS Office proqramlarında sərbəst işləmək
bacarığı;
Komanda yönümlü düşüncə və əməkdaşlıq
bacarığı.
Əlavə üstünlüklər:
Namizədin universitetə qəbul balının yüksək olması
İş şəraiti
İş qrafiki: Həftənin 5 günü (09:00-18:00)
İstirahət günü: Şənbə və bazar
Əmək haqqı: 600 -
800 AZN
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
