Vakansiya haqqında
“Azərikard” MMCAzərbaycanda MasterCard, Visa, American Express, Diners
Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq
mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kart və Terminal texnologiyaları departamentinin Kart
texnologiyaları şöbəsinin mütəxəssisi
Vəzifə öhdəlikləri:
Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma
prosedurlarını aparmaq;
Təcili tələb olunan plastik kartların
hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
Yeni
plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq
əməkdaşlarına göndərmək;
Şöbənin fəaliyyətində istifadə olunan
avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda
şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;
Vəzifəyə olan tələblər:
Ali təhsil;
Plastik kartların hazırlanma
sahəsində ən azı 1 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, rus,
ingilis dili bilikləri (texniki bilik);
Komandada işləmək
bacarığı.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
