Vakansiya haqqında
Vəzifə funksiyaları:
Tikinti sahəsində topoqrafik-geodezik işlərin
təşkili və icrasını təmin etmək;
Layihə üzrə verilmiş koordinat və hündürlük sistemlərinin öyrənilməsi və sahədə
tətbiqini təmin etmək;
Geodezik reperlərin, koordinat və yüksəklik nöqtələrinin qəbulunu, yoxlanılmasını
və qorunmasını təmin etmək;
Tikinti işləri üzrə oxların, koordinatların və yüksəklik nişanlarının sahəyə
çıxarılmasını həyata keçirmək;
Bina və qurğuların, konstruktiv elementlərin, yolların və digər tikinti
elementlərinin layihə üzrə yerləşmə vəziyyətini yoxlamaq;
Təməl, svay, kolon, divar, döşəmə və digər konstruksiyaların geodezik ölçmə və
nişanlama işlərini aparmaq;
Tikinti işlərinin layihə koordinatlarına və hündürlük göstəricilərinə uyğunluğuna
nəzarət etmək;
İcra olunmuş
işlər üzrə faktiki ölçmələri aparmaq və icraedici geodezik sxemlərin hazırlanmasını təmin
etmək;
Yerinə yetirilmiş
işlərin layihə göstəricilərindən kənarlaşmalarını müəyyən etmək və nəticələri aidiyyəti şəxslərə təqdim
etmək;
Total station,
GPS/GNSS, nivelir və digər geodezik cihazlardan düzgün istifadə etmək və onların işlək vəziyyətdə saxlanılmasını
təmin etmək;
Geodezik
cihazların kalibrlənməsi və texniki yoxlamalarının vaxtında aparılmasına nəzarət etmək;
Podratçı və subpodratçıların geodezik işlərini
koordinasiya etmək və yoxlamaq;
Layihə, tikinti və dizayn komandaları ilə koordinasiyalı şəkildə
işləmək;
Sahədə yaranan
koordinat, ölçü və hündürlük uyğunsuzluqlarının araşdırılmasında iştirak etmək;
Geodezik ölçmə nəticələrinin elektron və kağız formatda
düzgün qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
Gündəlik və həftəlik görülmüş geodezik işlər üzrə hesabatlar
hazırlamaq;
İşlərin əməyin
mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək.
Vəzifəyə olan tələblər:
Təhsil: Ali (Geodeziya,
topoqrafiya, geomatika və ya əlaqədar sahə).
İş Təcrübəsi: Tikinti
layihələrində topoqraf/geodeziya mühəndisi üzrə minimum 2-3 illik
təcrübəsi
Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə
olunması.
Çertyoj və layihə sənədlərini oxuma və koordinat sistemləri ilə
işləmə bacarığı;
Ölçmə nəticələrinin təhlili və hesabatların hazırlanması
bacarığı
AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil
3D, NetCAD üstünlükdür).
Dəqiqlik, məsuliyyət, analitik düşünmə
qabiliyyəti.
Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə
bacarığı.
İş Şəraiti:
İş qrafiki: 6 gün
Nahar şirkət tərəfindən
təmin olunur
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına
uyğun
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Geodiziya muhendisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
