Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsiTəcrübəçi / Kiçik mühasib vəzifəsi
üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil
edilməsində iştirak etmək;
Alış, satış və qaytarma əməliyyatlarının
uçotunun aparılmasına dəstək göstərmək;
Mağazalar üzrə kassa və
POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək;
Bank və kassa
əməliyyatlarının uçotuna dəstək göstərmək;
Təchizatçılarla
üzləşdirmələrin aparılmasında iştirak etmək;
Ay bağlanışı və dövri
hesabatların hazırlanması proseslərinə dəstək göstərmək;
Mühasibat
sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq
ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq;
Mühasibat uçotunun əsasları
üzrə ilkin nəzəri biliklərə malik olmaq;
MS Excel proqramında baza
səviyyəsində işləmək bacarığı;
1C və ya digər ERP sistemləri üzrə
biliklərə üstünlük verilir;
ACCA F3 (Financial Accounting) üzrə biliklərə
və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir;
Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək
bacarığı;
İş təcrübəsi tələb olunmur.
İş şərtləri
İş yeri:Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki:5 günlük iş həftəsi
Əmək haqqı:Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında
müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində“Təcrübəçi / Kiçik
mühasib”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
