Vakansiya haqqında
Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes
konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən
fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf
yönümlü Vergi mütəxəssisi tələb olunur.
Vəzifə öhdəlikləri
Hüquqi şəxslərin yaradılması və fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə
qeydiyyatdan keçirilməsini təmin etmək üçün zəruri sənədlərin toplanması və vergi orqanına təqdim
edilməsi;
Bütün növ vergi bəyannamələrinin (Mənfəət vergisi, ƏDV, ödəmə
mənbəyində tutulan vergi, torpaq vergisi, əmlak vergisi, və s.) hazırlanması, yoxlanılması və təqdim
edilməsi;
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid
bəyannamə hesabat”-ının hazırlanması, yoxlanılması və təqdim edilməsi;
Bütün növ (O cümlədən AVİS və AVİS-dən kənar) Kameral uyğunsuzluq məktublarına müvafiq
cavabların yazılması və nəzarətdə saxlanılması;
Mühasibat uçotunun vergi
uçotu ilə uyğunluğunu və tamlığının aylıq yoxlanılması;
Dövlət Vergi
Xidməti və digər dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
Vergi orqanında görüşlərin keçirilməsi, şirkətin və əməkdaşlıq etdiyimiz şirkətlərin vergi
orqanında təmsil edilməsi;
Vergi yoxlamalarında və Vergi nəzarətində
vergi ödəyicilərini təmsil etmək;
Rəhbərlik üçün tələb olunan idarəetmə
və daxili hesabatların hazırlanması;
Kameral Vergi hesablamalarının
araşdırılması və müvafiq rəylərin hazırlanması;
Maliyyə hesabatlarının
vergi aspektindən təhlil edilməsi (Mənfəət vergi bəyannaməsi)
Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin keyfiyyət standartlarına uyğun icrasının
təmin edilməsi.
Namizədə tələblər
Bilməlidir
Azərbaycan Respublikası Vergi məcəlləsini ;
Vergi ilə əlaqəli digər qanunvericilik aktlarını, qanunları və
məcəllələri
Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr
və/və ya magistr təhsili;
Mühasibatlıq və vergi sahəsində minimum 1–2 il
iş təcrübəsi;
Vergi orqanlarında Kameral vergi yoxlamaları sahəsində iş
təcrübəsi (üstünlük verilir);
Vergi orqanları ilə iş və vergi
yoxlamalarında iştirak təcrübəsi;
Güclü analitik düşüncə, problem həll
etmə və qərarvermə bacarıqları;
MS Excel, Word (Xüsusilə exceli çox yaxşı
bilməsi zəruridir) proqramlarında sərbəst işləmək bacarığı;
Yeni iş
mühitinə sürətli uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı;
İş şəraiti
İş qrafiki: Həftə içi 5 iş günü
İş
saatı: 09:00 – 18:00
Əmək haqqı: 1000 AZN
(Gross)
İş yeri: Bakı şəhəri Yasamal rayonu
Karyera və inkişaf imkanları
Təklif edirik
Müxtəlif sahələr üzrə praktiki təcrübə
Stabil və uzunmüddətli əməkdaşlıq
Peşəkar
inkişaf və təlim imkanları
Korporativ iş mühiti və dəstəkləyici
komanda
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi
mütəxəssisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
