Vakansiya haqqında
Namizədə dair tələblər:
Dəniz, quru və hava daşımaları sahəsində minimum 3 il iş təcrübəsi (əsasən dəniz
daşımaları);
Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı
səviyyədə bilmək;
Bakalavr dərəcəsi;
Minimum üst-orta (upper-intermediate) səviyyədə ingilis dili (rus dili biliyi böyük
üstünlükdür);
Nəticəyönümlü, məsuliyyətli və diqqətli
olmaq.
İş şəraiti və saatları:
Tam ştatlı iş qrafiki:
Bazar ertəsi -
Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı
olaraq);
Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi
üçün şərait (hər şey sizin performansınızdan asılıdır).
Logistika üzrə Əməliyyat Menecerinin vəzifə öhdəlikləri:
Aktiv daşımaları idarə etmək, müştərilərə həftəlik status cədvəllərini hazırlayıb
göndərmək;
Müqavilələr üzrə danışıqlar aparmaq, daşıma və emal xərclərini
hesablamaq, qiymət təklifləri (kotirovka) hazırlamaq;
Bütün idxal/ixrac
daşımaları üçün sistemdə müvafiq sənəd nömrələrini (dispatch references) və iş fayllarını
açmaq;
Bütün müvafiq sənədlərin qovluqlarda saxlanılmasını və istənilən
vaxt yoxlanış üçün hazır olmasını təmin etmək;
Təşkilati tələblərə uyğun
olaraq logistik prosedurlar əsasında çalışmaq;
Nəqliyyat və paylama
xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətlər barədə danışıqlar
aparmaq;
Daşıma növlərinə uyğun olaraq pre-alert sənədlərini qəbul və
təsdiq etmək;
Yük profillərinin bağlanmasına nəzarət etmək;Gömrük
brokerləri ilə koordinasiyalı şəkildə çalışmaq;
Yerli hesab-fakturaların
(invoys) hazırlanması üçün dəstəkləyici sənədləri hazırlamaq;
Rəhbərlik
tərəfindən verilən digər tapşırıqları icra etmək.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
