Vakansiya haqqında
Vəzifənin təsviri:
Namizəd həm korporativ satış funksiyasını yerinə yetirəcək, həm də iş prosesində
qəliblərin quraşdırılması, sökülməsi və texniki tətbiqi üzrə təlim alaraq məhsul üzrə dərin texniki bilik qazanacaq.
Bu profil (satış + texniki tətbiq bilgisi) Azərbaycan bazarı üçün nisbətən yeni formatdır və namizədə uzunmüddətli
perspektiv təqdim edir.
Əsas vəzifə öhdəlikləri:
Tikinti və layihə sektorunda potensial korporativ müştərilərin axtarışı və
əlaqələrin qurulması
Rəhbərliyin tapşırıqları əsasında müştəri
görüşlərində iştirak və danışıqların aparılması
Əməkdaşlıq potensialı
olan şəxs və şirkətlərin müəyyən edilməsi və cəlb edilməsi
Kommersiya
təkliflərinin hazırlanması, təqdim edilməsi və izlənməsi (follow-up)
Müqavilə şərtlərinin razılaşdırılması və sənədləşmə prosesində iştirak
Qəliblərin (formwork) texniki xüsusiyyətlərinin, quraşdırılma və sökülmə qaydalarının
öyrənilməsi — məhsul üzrə təlimlərdə iştirak
Müştərilərə məhsulun texniki
tətbiqi barədə ilkin məsləhətin verilməsi
Bazar və rəqib fəaliyyəti
barədə məlumatların toplanması və rəhbərliyə hesabat verilməsi
Namizədə tələblər:
Yüksək satış bacarığı və danışıqlar aparma qabiliyyəti
Tikinti/layihə sektorunda real müştəri bazasının olması mütləqdir
Rus dili mütləq
Texniki mövzuları öyrənməyə açıq
olmaq, öyrənmə qabiliyyəti
Nəticəyönümlülük, təşəbbüskarlıq, komanda ilə
işləmək bacarığı
İş yeri: Bakı ofisi, (əlavə olaraq görüşlər və tikinti/layihə ərazilərinə ezamiyyət
bakıda)
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
