Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
Əməkhaqqı: Sabit əməkhaqqı 1000 AZN + satış nəticələrinə əsaslanan
bonus
Şirkətimiz dünyanın aparıcı eşitmə texnologiyaları istehsalçılarına məxsus eşitmə
cihazlarının Azərbaycan bazarında satışını və inkişafını həyata keçirir.
Komandamıza qoşulacaq, satış fəaliyyətinin genişləndirilməsində və yeni işgüzar
əlaqələrin qurulmasında iştirak edəcək Satış mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Eşitmə cihazlarının satışını təşkil etmək və inkişaf etdirmək;
LOR həkimləri, audioloqlar, klinikalar, xəstəxanalar və digər tibb müəssisələri ilə işgüzar
əlaqələr qurmaq;
Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə
əməkdaşlığı inkişaf etdirmək;
Müştərilərə məhsulların xüsusiyyətləri,
üstünlükləri və texnoloji imkanları barədə məlumat vermək;
Məhsul
təqdimatları və işgüzar görüşlər keçirmək;
Müştərilərin ehtiyaclarını
müəyyənləşdirmək və uyğun məhsulların seçilməsinə dəstək olmaq;
Satış
planını yerinə yetirmək və yeni satış imkanları yaratmaq;
Bazar və
rəqiblər haqqında məlumat toplamaq, satış nəticələrini təhlil etmək;
Müştəri məlumatlarını və satış fəaliyyətini müvafiq qaydada qeydiyyata
almaq;
Müntəzəm satış hesabatları hazırlamaq.
Namizədə dair tələblər
Ali təhsil;
Tibbi avadanlıqların, tibbi
məhsulların və ya əczaçılıq məhsullarının satışında iş təcrübəsi;
Satış
və danışıqlar aparmaq bacarığı;
Müştərilərlə peşəkar və uzunmüddətli
münasibətlər qurmaq bacarığı;
Güclü ünsiyyət, təqdimat və inandırma
bacarıqları;
Nəticəyönümlülük, təşəbbüskarlıq və
məsuliyyət;
MS Office proqramlarından istifadə
bacarığı;
Azərbaycan və Rus dillərində səlis danışıq və yazı
bacarığı;
İngilis dili biliyi üstünlükdür;
İşgüzar görüşlər üçün şəhərdaxili səfərlərə və zərurət yarandıqda regionlara ezamiyyətə hazır
olmaq.
İş şəraiti və imkanlar
Sabit əməkhaqqı və satış nəticələrinə uyğun əlavə bonus;
Beynəlxalq səviyyədə tanınan brendlər ilə işləmək imkanı;
Məhsullar və müasir eşitmə texnologiyaları üzrə peşəkar təlim;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Sahə
və ofis satışlarını əhatə edən dinamik iş mühiti;
Yeni müştərilərin cəlb
edilməsində və satış strategiyasının inkişafında iştirak.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış
mütəxəssisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
