Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Dəniz platformasında yükqaldırma və takelaj əməliyyatlarını təsdiq edilmiş
prosedurlara və təhlükəsizlik tələblərinə uyğun həyata keçirmək;
Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı avadanlıq, boru, alət və digər
materialların qaldırılması, daşınması və yerləşdirilməsi işlərində iştirak etmək;
Dəniz platformasına gətirilən və platformadan göndərilən yüklərin təhlükəsiz yüklənməsi və
boşaldılmasını təmin etmək;
Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun
strop, kanat, zəncir və digər takelaj vasitələrini seçmək və düzgün istifadə etmək;
Yükqaldırma əməliyyatları zamanı kran operatoru ilə koordinasiyalı işləmək, müəyyən edilmiş
siqnalları vermək və yüklərin təhlükəsiz istiqamətləndirilməsini təmin etmək;
Yükqaldırma avadanlıqlarını və takelaj ləvazimatlarını istifadədən əvvəl vizual yoxlamaq,
onların müvafiq yoxlama və sertifikatlaşdırma statusuna nəzarət etmək;
Nasaz, zədələnmiş və istifadəyə yararsız yükqaldırma vasitələrini müəyyən etmək və bu barədə
rəhbərliyə məlumat vermək;
Yükqaldırma əməliyyatları zamanı təhlükəli
zonaların təhlükəsizliyinə, yüklərin düzgün bağlanmasına və sabitliyinə nəzarət etmək;
Zəruri hallarda müvafiq sertifikat və icazə əsasında avtoyükləyicidən (Forklift) istifadə
etmək;
SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji
tələblərə riayət etmək;
Növbə təhvil-təslimini müəyyən edilmiş qaydada
həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə
uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Orta və ya peşə təhsili;
Takelajçı
(Rigger) və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
Dəniz
platformalarında yükqaldırma və takelaj əməliyyatları üzrə iş təcrübəsi üstünlükdür;
Neft-qaz sahəsində, xüsusilə qazma və quyuların əsaslı təmiri (Workover) layihələrində iş
təcrübəsi üstünlükdür;
Yükqaldırma əməliyyatları, yükbağlama üsulları və
takelaj avadanlıqları üzrə praktiki biliklər;
Strop, kanat, zəncir və
digər yükqaldırma vasitələrindən təhlükəsiz istifadə bacarığı;
Kran
operatoru ilə siqnalvermə və rabitə qaydalarını bilmək;
Takelajçı
(Rigger) üzrə müvafiq təlim və sertifikatın olması üstünlükdür;
Dənizdə
işləmək üçün tələb olunan təhlükəsizlik təlimləri və sertifikatlarına malik olmaq (layihənin tələblərinə uyğun
olaraq);
Forklift idarəetmə sertifikatının olması
üstünlükdür;
SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları
üzrə biliklər;
Komandada işləmək, məsuliyyətli və intizamlı
olmaq;
Növbəli iş rejimində və dəniz şəraitində işləmək
imkanı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
