Vakansiya haqqında
“CAN-PA” MMC-yə“Aparıcı mühasib” vakansiyasına
işçi tələb olunur.
İş haqqında məlumat:
Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun və düzgün aparılmasını təmin
etmək;
İlkin mühasibat sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və
uçotunun aparılması;
Bank hesabları üzrə əməliyyatların, ödənişlərin və
bank çıxarışlarının uçotunu aparmaq;
Alıcılar və təchizatçılarla
hesablaşmaların uçotunu və üzləşmələrin aparılmasını təmin etmək;
Debitor
və kreditor borclarına nəzarət etmək;
Mal-material ehtiyatlarının,
məhsulların və əsas vəsaitlərin uçotunu aparmaq;
Anbar qalığı və
mühasibat uçotu məlumatlarının uyğunluğuna nəzarət etmək;
Əmək haqqı,
məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və digər işçi ödənişlərinin hesablanmasını həyata
keçirmək;
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının
hazırlanmasında iştirak etmək;
E-qaimə, e-VHF, bank və digər elektron
sistemlər üzrə əməliyyatları həyata keçirmək;
Vergi hesablamalarının və
vergi öhdəliklərinin düzgünlüyünə nəzarət etmək;
Maliyyə hesabatlarının
hazırlanmasında iştirak etmək;
Ayın və ilin bağlanışı üzrə mühasibat
əməliyyatlarını həyata keçirmək;
Mühasibat hesabları üzrə dövriyyə və
qalıqların yoxlanılmasını aparmaq;
İnventarizasiya prosesində iştirak
etmək və nəticələrin uçotda əks etdirilməsini təmin etmək;
Vergi və digər
dövlət qurumlarından daxil olan sorğuların hazırlanması və cavablandırılmasında iştirak etmək;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin
etmək;
Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı verdiyi digər
tapşırıqları icra etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
PMS sertifikatı mütləqdir;
ACCA
sertifikatlarının olması üstünlükdür;
ERP, Mikro və elektron dövlət
portalları ilə işləmə bacarığı;
Mühasibat və vergi uçotu üzrə
biliklər;
Məsuliyyətli, diqqətli və analitik düşüncəli
olmaq;
Yaş həddi: 20–40 yaş;
Yalnız xanım namizədlər müraciət edə bilər.
İş şərtləri:
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 iş günü;
İş saatı: 08:00–17:00;
Əmək haqqı: 1300–1500 AZN Gross;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş yeri: Höküməli–Müşfiq ərazisi.
CV-nizi mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməkləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə: 051-240-95-68
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
