Vakansiya haqqında
Filiallar:Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park
Mall.
Olivia Beauty & Care komandamıza Satış
məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar axtarırıq!
Vacib qeyd:Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat
gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır.
İş
öhdəlikləri:
Şirkət tərəfindən göndərilən məhsulların
qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi;
Müştərilərin mağazada qarşılanması, ehtiyaclarının
müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün məlumat verilməsi;
Müştərilərə tələbatlarına uyğun məhsul seçimi zamanı
dəstək göstərilməsi;
Satış
qaydaları, daxili prosedurlar və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq
etmək;
Kassa
əməliyyatlarının müvafiq qaydalara uyğun həyata keçirilməsi;
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə
yetirilməsi.
Namizədə dair
tələblər:
Azərbaycan dilini səlis
bilmək;
Rus dili biliyi
arzuolunandır;
Satış
sahəsində minimum 6 aylıq iş təcrübəsi;
Kosmetika və şəxsi qulluq məhsullarının satışı üzrə təcrübəyə üstünlük
verilir;
Ünsiyyətcil,
aktiv, çevik və məsuliyyətli olmaq;
Yaxşı ünsiyyət və satış bacarıqlarına malik olmaq.
İş şəraiti:
İş qrafiki:Növbəli, iki növbə üzrə: I növbə: 10:00–19:00 / II növbə:
14:00–22:00
İş
yeri:Bakı şəhəri — Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu
(Ukrayna dairəsi), Neftçilər və City Park Mall filialları;
Şirkətdaxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi perspektivi.
Komandamıza qoşulmaq istəyən namizədlər
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
WhatsApp:051 290 33 80 (yalnız Whatsapp)
Müraciət zamanı CV-də yaşadığınız ərazini qeyd
etməyiniz xahiş olunur.
Qeyd:Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə
saxlanılacaq.
Olivia Beauty & Care komandasında səni
gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
