Vakansiya haqqında
Böyüyən Decoliv komandamıza SƏTƏM Bölmə müdiri
axtarırıq.
Vəzifə
öhdəlikləri:
Müəssisədə SƏTƏM fəaliyyətini təşkil etmək, idarə etmək və
əlaqələndirmək
Müəssisənin mağazaları, anbar və logistika obyektlərində
SƏTƏM tələblərinin icrasına nəzarət etmək
Azərbaycan Respublikasının
SƏTƏM üzrə qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
SƏTƏM risklərini qiymətləndirmək, risklərin azaldılması üzrə tədbirləri hazırlamaq və icrasına
nəzarət etmək
Müntəzəm SƏTƏM yoxlamalarının və daxili auditləri təşkil
etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək
Bədbəxt hadisə, insident və qəza hallarının araşdırılmasını təşkil etmək, səbəblərin təhlili
və qabaqlayıcı tədbirləri hazırlamaq;
İşçiləri SƏTƏM üzrə
təlimatlandırmaq, biliklərini yoxlamaq və təlim prosesini koordinasiya etmək;
Yanğın təhlükəsizliyi, təxliyə, elektrik təhlükəsizliyi, iş yerlərinin təhlükəsizliyi və
sanitar-gigiyenik vəziyyətə nəzarət etmək;
Pərakəndə satış mağazalarında
müştəri və əməkdaşların təhlükəsizliyinin təmin olunması üzrə tədbirləri təşkil etmək;
Mağaza və anbarlarda rəf sistemləri, avadanlıqlar, yükləmə-boşaltma və digər əməliyyatlarla
bağlı riskləri idarə etmək;
Podratçı və üçüncü tərəflərin SƏTƏM
tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək;
Dövlət qurumları tərəfindən
keçirilən yoxlamaların koordinasiyası, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət
etmək
SƏTƏM üzrə statistik məlumatların, aylıq və illik hesabatları
hazırlamaq və rəhbərliyə təqdim etmək;
SƏTƏM üzrə illik fəaliyyət və
təlim planlarını hazırlamaq
SƏTƏM komandasının fəaliyyətini idarə etmək
və əməkdaşlar arasında iş bölgüsünü aparmaq;
Müəssisədə SƏTƏM
mədəniyyətini inkişaf etdirmək və təhlükəsiz iş mühitini formalaşdırmaq;
Müəssisə rəhbərinin və funksional rəhbərin tapşırıqlarını icra etmək və görülmüş işlər barədə
birbaşa hesabat vermək.
FHN və digər qurumlar tərəfindən açılmış
yoxlamaları izləmək, yoxlamaya hazırlıq prosesinə nəzarət və müxtəlif Dövlət qurumlarında şirkəti rəsmi olaraq
təmsil etmək.
Namizədə
tələblər:
Ali təhsil (Texniki sahə üzrə)
Retail
sahəsində 3-5 il iş təcrübəsi
Microsoft Office proqramları (Excel, Word,
Outlook) üzrə biliklər.
Yaxşı ünsiyyət və komandada işləmək
bacarığı.
Digər
məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş
qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“SƏTƏM Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarınıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
