Vakansiya haqqında
Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi
və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə
mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət
etmək;
Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin
müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
Məhsullardan nümunələrin
götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət
olunmasına nəzarət etmək;
Müəyyən edilmiş keyfiyyət standartlarından
kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları
hazırlamaq;
İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və
qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
Aşkar edilmiş
uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər:
Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə
ali təhsil;
Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş
təcrübəsi – arzuolunandır;
Qida təhlükəsizliyi, sanitariya-gigiyena və
məhsulların saxlanması qaydaları barədə biliklər;
Keyfiyyət
göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq
bacarığı;
Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli
iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən
edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro”
MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə
nəzarət üzrə mütəxəssis” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
