Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TVİM

B2B Satış üzrə Mütəxəssis

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

"TVİM" MMC tikinti və inşaat materiallarının satışı sahəsində fəaliyyət göstərən, geniş məhsul portfelinə malik şirkətdir. Biz komandamıza dinamik, nəticəyönümlü və satış sahəsində karyera qurmaq istəyən peşəkarlar axtarırıq. Əsas Vəzifə Öhdəlikləri: B2B Satış Strategiyası: Tikinti materiallarının satışı üçün potensial müştərilərlə (B2B) ilkin əlaqə qurmaq, görüşlər təyin etmək və satış imkanlarını araşdırmaq. Müştəri Bazası ilə İş: Mövcud müştəri bazasından istifadə etməklə yanaşı, yeni potensial müştəriləri (lead) araşdırmaq və tapmaq. Görüşlər və Təqdimatlar: Potensial müştərilərlə görüşlər təyin etmək, şirkət məhsullarının peşəkar təqdimatını keçirmək və maraq yaratmaq. Sistemlərin İdarə Olunması: Gündəlik fəaliyyətləri, müştəri məlumatlarını və satış prosesini CRM və Bitrix24 1C proqramlarında dəqiq şəkildə qeyd etmək gündəlik uçot. Qiymət təklifi, danışıqlar və müqavilənin bağlanması Aylıq və illik plan; hesabat dövriyyə, müqavilə sayı və yığım üzrə Sərgilərdə şirkəti təmsil etmək . Hədəf və Hesabatlılıq: Müəyyən olunmuş aylıq satış hədəflərinə çatmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Sənədləşmə: Satış müqavilələrinin bağlanması və satışla bağlı digər rəsmi sənədləşmə işlərini icra etmək. Namizədə dair Tələblər: Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi və ya Marketinq arzuolunandır). Təcrübe: Korporativ satış (B2B) sahəsində minimum 1-2 il təcrübə (Tikinti, sənaye və ya material satışı sahəsi üstünlükdür). Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (üstünlükdür). Yumşaq Bacarıqlar (Soft Skills): Aktiv satış , yüksək ünsiyyət və təqdimat bacarığı, inandırma qabiliyyəti və komandada işləmək həvəsi. Texniki Bacarıqlar: MS Office (xüsusilə Excel), CRM və 1C proqramları ilə işləmək bacarığı. Üstünlük: Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə layihə əsaslı satış təcrübəsi olanlara üstünlük veriləcək. İş Şəraiti və Üstünlüklər: İş Qrafiki: Bazar ertəsi - Şənbə, Şənbə: Qısaldılmış iş günü Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə təyin olunacaq.AR Əmək Məcəlləsinə uyğun təmin edilir. Bonus Sistemi: Sabit maaşdan əlavə, satış hədəflərinin icrası və yığımlara əsaslanan aydın KPI-lar vasitəsilə bonuslar ödəniləcək. Nəqliyyat: Biznes məqsədləri (müştəri görüşləri) üçün nəqliyyat təmin edilir. Sınaq Müddəti: 3 ay. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.