Vakansiya haqqında
Təsvir
Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları
üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının
hazırlanması və redaktəsi;
Media orqanları, jurnalistlər və digər KİV
nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
PR və KSM
layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına
nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması;
PR və KSM
layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi;
PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və
nəticələrin izlənməsi;
KİV-də və sosial mediada şirkət haqqında
yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin
məlumatlandırılması;
Brend nüfuzunun formalaşdırılması, qorunması və
böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi;
Mətbuat
konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili
və işıqlandırılması;
Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili
kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya
təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
Şirkətin KSM
prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının
koordinasiyası;
KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar
və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin
ölçülməsi və hesabatlaşdırılması;
Şirkətin məhsul və xidmətlərinin
tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi;
BTL promo
aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili,
keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi;
Podratçı
şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası;
Rəhbərlik
tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı:
09:00-18:00.
Tələblər
Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə
üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis
dili biliyi əlavə üstünlükdür;
Orfoqrafik yazı qaydalarını mükəmməl
bilməli;
Analitik təhlil və proqnozlaşdırma
qabiliyyəti;
Kommunikasiya və təqdimat bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq
üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
