Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti və layihələndirmə layihələri üzrə baş planların hazırlanmasında iştirak
etmək.
Ərazinin mövcud vəziyyətini, relyefini, torpaq sahələrinin
xüsusiyyətlərini və yerləşmə imkanlarını təhlil etmək.
Baş plan üzrə
ilkin məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
Binaların,
qurğuların, yolların, piyada keçidlərinin və digər infrastruktur obyektlərinin yerləşdirilməsi üzrə təkliflər
hazırlamaq.
Ərazi üzrə funksional zonalaşdırma və planlaşdırma həllərinin
işlənməsində iştirak etmək.
Topoqrafik planlar, geodeziya materialları və
digər texniki sənədlərlə işləmək.
AutoCAD və digər layihələndirmə
proqramlarından istifadə etməklə çertyoj və planlar hazırlamaq.
Baş plan
üzrə layihə sənədlərində müvafiq düzəlişlər və dəyişikliklər aparmaq.
Mühəndis-kommunikasiya xətlərinin, yolların və digər infrastruktur elementlərinin
yerləşdirilməsi üzrə aidiyyəti mütəxəssislərlə əməkdaşlıq etmək.
Layihə
sənədlərinin qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılmasında iştirak
etmək.
Layihə üzrə texniki sənədlərin hazırlanmasını və
arxivləşdirilməsini təmin etmək.
Layihə rəhbəri və baş memarın
tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Layihələrin
icrası zamanı yaranan texniki məsələlərin həllində iştirak etmək.
Görülmüş işlər barədə müvafiq hesabat və məlumatları hazırlamaq.
Məsuliyyət
Baş plan üzrə mütəxəssis aşağıdakılara görə məsuliyyət daşıyır:
Ona həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə
yetirilməsinə;
Hazırladığı çertyoj və layihə materiallarının
düzgünlüyünə;
Texniki məlumatların düzgün
işlənməsinə;
Layihə sənədlərində aşkar edilən uyğunsuzluqların vaxtında
bildirilməsinə;
Sənədlərin düzgün saxlanılması və məxfiliyinin
qorunmasına;
Əmək intizamına və müəssisədaxili qaydalara riayət
edilməsinə.
Təhsil və ixtisas tələbləri
Memarlıq, şəhərsalma, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali
təhsil;
Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
Baş planların hazırlanması və ərazi planlaşdırılması üzrə biliklər;
AutoCAD proqramı üzrə yaxşı səviyyədə bilik;
Civil
3D, Revit, ArchiCAD və digər layihələndirmə proqramları üzrə biliklər üstünlükdür;
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 günlük
iş həftəsi/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 –
14:00;
Əmək haqqı: Müsahibə əsasında təyin
ediləcəkdir;
İşə qəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
