Vakansiya haqqında
Namizədə tələblər:
Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil.
Təcrübə: Məhkəmə proseslərinin aparılması, korporativ hüquq, müqavilə hüququ və daxili
prosedurların qurulması sahəsində ən azı 5 il iş təcrübəsi.
Biliklər: AR
Mülki, Əmək, Vergi və digər əlaqədar qanunvericilik aktlarını dərindən bilmək; kargüzarlıq və sənəd dövriyyəsi
sistemləri ilə işləmək təcrübəsi.
Şəxsi keyfiyyətlər: Analitik təfəkkür,
detallara diqqət, məsuliyyət, səliqəli sənədləşmə bacarığı və peşəkar ünsiyyət qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatın həyata keçirilməsi, normativ
sənəd bazasının hazırlanması, zəruri dəyişikliklərin edilməsinə həyata keçirilməsi;
Şirkət tərəfindən bağlanılan bütün növ müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin
hüquqi ekspertizasının aparılması, standart müqavilə formalarının hazırlanması və
təkmilləşdirilməsi;
Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə
uyğunluğunu yoxlanılması, korporativ sənədlərin, qərarların, protokolların və əmrlərin hüquqi ekspertizasının həyata
keçirilməsi.
Müqavilə reyestrinin yaradılması, reyestrin aparılması və
qüvvədə olan müqavilələrin icrasına nəzarət mexanizminin tətbiq edilməsi.
Müəssisədaxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların
tərtibatında iştirak və ya rəy verilməsi;
Cəmiyyətin bütün struktur
bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
Cəmiyyətin dövlət qurumlarında və məhkəmə proseslərində təmsil edilməsi;
Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq
edilməsinə nəzarətdə iştirak;
Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun
qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini
məlumatlandırılması;
Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi
məsələlərin həllində iştirak etmək.
İş şəraiti:
Əmək haqqı: Razılaşma yolu ilə
İş
yeri: Bayıl bay, Kempinski plaza
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron ünvanına (“Hüquqşünas”)başlığı ilə göndərməyini xahiş
edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
