Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətini həyata
keçirmək;
Müqavilələri hazırlamaq, təhlil etmək və hüquqi ekspertizadan
keçirmək;
Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarət
etmək;
Korporativ sənədlərin, qərarların, protokolların və
etibarnamələrin hazırlanmasını təmin etmək;
Əmək qanunvericiliyi üzrə
hüquqi məsləhət və dəstək göstərmək;
Dövlət qurumları, məhkəmələr və
digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək;
Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək;
Debitor borcların yığılması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək
göstərmək;
Şirkətin satış, distribusiya, təchizat və kommersiya
fəaliyyətindən irəli gələn hüquqi məsələləri tənzimləmək;
Hüquqi riskləri
müəyyən etmək, onların qarşısının alınması üçün təkliflər hazırlamaq;
Qanunvericilikdəki dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələri
məlumatlandırmaq.
Əsas tələblər:
Hüquq üzrə ali təhsil;
Hüquq sahəsində
minimum 1-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mülki, əmək,
vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək;
Müqavilə hüququ və
korporativ hüquq sahəsində praktiki təcrübə;
Məhkəmə proseslərində
iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi;
Analitik düşünmə,
problem həll etmə və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində
sərbəst yazılı və şifahi ünsiyyət;
Rus və ingilis dili bilikləri
üstünlükdür;
MS Office proqramları ilə işləmək
bacarığı.
İş vaxtının norması:
09:00-17:00 / 5 günlük iş həftəsi
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ telefon nömrəsi və danışıq paketi.
Yanacaq
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin
yaxınlığıhttps://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
