Vakansiya haqqında
İş haqqında məlumat
AMBIANCE Planning & Decor toy, özəl tədbirlər, korporativ tədbirlər və brend
təqdimatları sahəsində fəaliyyət göstərən kreativ tədbir planlaşdırma və dekorasiya şirkətidir.
Komandamıza kreativ düşüncəyə, estetik zövqə və 3D modelləşdirmə bacarıqlarına sahib dizayner
axtarırıq.
Vəzifə öhdəlikləri
Tədbir məkanlarının 2D və 3D formatda layihələndirilməsi;
Səhnə, fotozona, dekorativ konstruksiyalar və digər tədbir elementlərinin
dizaynı;
Kreativ konseptlərin və fotorealistik 3D vizualların
hazırlanması;
Moodboard və konsept təqdimatlarının hazırlanmasında
iştirak;
Texniki çertyojların, ölçülərin və istehsalat üçün lazımi
materialların hazırlanması;
Layihələrin real istehsal və quraşdırma
imkanlarına uyğunlaşdırılması.
Namizədə tələblər
AutoCAD proqramında işləmə bacarığı;
3ds
Max və/və ya SketchUp proqramlarında modelləşdirmə bacarığı;
V-Ray,
Corona Renderer, Lumion və ya digər render proqramları ilə işləmək üstünlükdür;
Məkan planlaşdırılması, materiallar və proporsiyalar haqqında anlayış;
Kreativ yanaşma və yüksək estetik zövq;
Məsuliyyətli və müəyyən edilmiş son tarixlərə uyğun işləmə bacarığı;
Tədbir dizaynı, interyer dizaynı və ya memarlıq sahəsində təcrübə
üstünlükdür.
İş şəraiti
İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: Çevik iş qrafiki (Flexible)
Əməkhaqqı: Aylıq sabit əməkhaqqı — namizədin bilik və təcrübəsinə əsasən
razılaşma yolu ilə.
Klassik 09:00–18:00 ofis rejimindən fərqli, çevik iş
qrafiki;
İşin xarakterinə və layihələrin tələblərinə uyğun iş
planlaması;
Zərurət yarandıqda komanda görüşlərində və layihə
müzakirələrində iştirak;
Əsas diqqətin iş saatlarına deyil, görülən işin
keyfiyyətinə və layihələrin vaxtında təhvil verilməsinə yönəldilməsi;
Kreativ və müxtəlifmiqyaslı layihələrdə iştirak;
Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “3D
Designer” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Portfolio təqdim edilməsi mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
