Vakansiya haqqında
Sofcon Group satınalma komandamıza qoşulacaq, yerli və beynəlxalq
təchizatçılarla əməkdaşlıq edəcək Kiçik Satınalma üzrə Mütəxəssis axtarır.
Satınalma sahəsində təcrübəsi olan, analitik düşünmə, danışıqlar aparmaq və satınalma
proseslərini effektiv idarə etmək bacarığına malik namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
Satınalma sorğularının hazırlanması və qiymət təkliflərinin
toplanması;
Yerli və xarici təchizatçılarla işgüzar yazışmaların və
danışıqların aparılması;
Kommersiya təkliflərinin təhlili və
müqayisəsi;
Sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin
izlənilməsi;
Təchizatçılarla əməkdaşlığın qurulması və satınalma
sənədlərinin aparılması.
Namizədə dair tələblər
Satınalma, təchizat və ya əlaqəli sahədə 1-3 il iş təcrübəsi;
Rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Yapon, Çin dili əlavə üstünlükdür
MS Office,
xüsusilə Excel bilikləri;
Təchizatçılarla iş və danışıqlar aparmaq
bacarığı;
Analitik düşünmə, diqqətlilik və
məsuliyyətlilik;
Tapşırıqları müstəqil və vaxtında icra etmək
bacarığı.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
İş yeri: Bakı;
Əmək haqqı: Namizədin bilik və
təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir;
Peşəkar inkişaf
və beynəlxalq iş mühitində təcrübə qazanmaq imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Junior Procurement
Specialist qeyd etməklə aşağıdakı elektron poçt ünvanlarına göndərə bilərlər:
aysel.sosial@gmail.com
n.mammadova@sofcons.cz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
