Vakansiya haqqında
İş yeri: Qarabağ (Qubadlı)
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və
müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;
Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və
keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
Layihə çərçivəsində çalışan
mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;
Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini
təhlil etmək;
Tikinti materiallarının, texnikanın və əmək resurslarının
səmərəli istifadəsinə nəzarət etmək;
Layihənin büdcəsinə və xərclərinə
nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;
Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və
koordinasiyanı təmin etmək;
Tikinti işlərinin Azərbaycan Respublikasının
qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət
etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam
qaydalarına riayət olunmasını təmin etmək;
Layihə üzrə yaranan texniki və
təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;
Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim
etmək;
Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və
zərurət yarandıqda yenilənməsini təmin etmək;
Görülmüş işlərin həcminə və
keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;
Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin
etmək.
Tələb olunan bilik və bacarıqlar
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük
verilir;
Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə
olunması üzrə biliklər;
Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2,
Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;
Tikinti norma və
qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;
Microsoft Office proqramları üzrə biliklər;
AutoCAD
və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi
bacarığı;
Analitik düşünmə və operativ qərarvermə
bacarığı;
Yüksək təşkilatçılıq və liderlik
qabiliyyəti;
Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların
fəaliyyətini koordinasiya etmək bacarığı;
Güclü ünsiyyət və danışıqlar
aparmaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara
diqqət;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək
üstünlükdür;
Ezamiyyət və regionda işləmək imkanına malik
olmaq.
İş şəraiti
İş yeri: Qarabağ (Qubadlı)
İş qrafiki: 6 günlük iş rejimi
Qalmaq: Şirkət tərəfindən təmin olunur
Yemək: Şirkət tərəfindən təmin olunur
Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı
müəyyən ediləcək.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
