Vakansiya haqqında
İşin əsas vəzifələri
Clopos proqram təminatının HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə
(restoran, kafe, hotel və digər iaşə obyektləri) satışını həyata keçirmək;
Yeni potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq və əməkdaşlıq
imkanlarını araşdırmaq;
Müştərilərin biznes ehtiyaclarını öyrənərək
Clopos-un funksionallığını və təqdim etdiyi üstünlükləri izah etmək;
Məhsulun təqdimatını (demo) keçirmək və müştərilərə uyğun həllər təklif
etmək;
Satış prosesini ilkin əlaqədən razılaşmanın əldə olunmasına qədər
idarə etmək;
Yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış
hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Mövcud müştərilərlə
işgüzar münasibətləri qorumaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək;
Satış fəaliyyətinə dair hesabatlar hazırlamaq və CRM sistemində müvafiq məlumatları
yeniləmək.
Namizədə dair tələblər
Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr
üzrə olması üstünlükdür);
Satış sahəsində təcrübə;
B2B və SaaS satış təcrübəsi üstünlükdür;
HoReCa
sektorunu tanımaq və bu sahədə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək
bacarığı;
Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli
yanaşma;
CRM sistemləri və MS Office proqramları ilə işləmək
bacarığı;
Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək
bacarığı.
Clopos-da səni nə gözləyir?
Rəqabətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus
sistemi;
Gənc, dinamik və dəstəkləyici komanda
mühiti;
Çevik iş qrafiki və uzaqdan işləmək imkanı;
Beynəlxalq bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinin inkişafında iştirak etmək
imkanı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
