Vakansiya haqqında
Vəzifə Qrupun maliyyə komandasının aylıq və illik maliyyə və idarəetmə hesabatlarının
hazırlanması, büdcələmə, proqnozlaşdırma, maliyyə təhlili və maliyyə göstəricilərinin monitorinqi istiqamətlərində
dəstəklənməsini əhatə edir.
Vəzifə öhdəlikləri:
Qrup müəssisələri üzrə aylıq və illik maliyyə və idarəetmə hesabatlarının
hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə
məlumatlarının düzgünlüyünün təmin edilməsi;
Mənfəət və zərər hesabatı,
Balans Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti, CAPEX və dövriyyə kapitalı üzrə təhlillərin
aparılması;
İllik büdcələmə prosesinin koordinasiyası və hazırlanmasına
və o cümlədən gəlir, OPEX, CAPEX, pul vəsaitləri və dövriyyə kapitalı üzrə büdcələrin hazırlanması
dəstək;
Faktiki nəticələrin büdcə, forecast və əvvəlki dövrlə müqayisəli
təhlili, əsas kənarlaşmaların müəyyən edilməsi və izahı;
Maliyyə
göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi;
Hesabat
proseslərinin optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
Rəhbərlik üçün ad-hoc maliyyə təhlillərinin, ssenari və həssaslıq analizlərinin
hazırlanması.
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat
sahəsində);
Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində
minimum 2-3 il iş təcrübəsi;
IFRS (Beynəlxalq Maliyyə Hesabatı
Standartları) üzrə biliklərə sahib olmaq;
Büdcə və forecastların
hazırlanması və təhlili bacarığı;
Maliyyə göstəricilərinin təhlili və
hesabatların hazırlanması bacarığı;
MS Excel proqramını yüksək səviyyədə
bilmək (Pivot Table, mürəkkəb formulalar və s.);
Böyük həcmli
məlumatlarla işləmək və keyfiyyətli nəticə təqdim etmək bacarığı;
Yüksək
analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Vaxtın effektiv idarə
olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı;
Komanda ilə
işləmə bacarığının olması;
ERP sistemləri ilə işləmək təcrübəsi
üstünlükdür;
ACCA və digər oxşar sertifikatlara sahib olmaq
üstünlükdür;
Big4 və oxşar şirkətlərdə müvafiq iş təcrübəsi
üstünlükdür;
Azərbaycan və İngilis dilini bilməsi zəruridir. Rus dilini
bilməsi arzuolunandır.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş
qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı:
09:00-18:00
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq
tərəflər arasında razılaşdırılır
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
