Vakansiya haqqında
İş yeri: Nargiz Mall, Crescent Mall, Gənclik Mall
İş vaxtı: 5 günlük (həftədə 40 saat),
Namizədə dair tələblər:
Müvafiq sahədə iş təcrübəsi;
Orta ixtisas
və ya ali təhsil;
Təhlükəsizlik və müşahidə sistemləri ilə işləmə
bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Şübhəli
hallar və insidentləri vaxtında aşkar etmək və məlumatlandırmaq bacarığı;
Məxfi məlumatların qorunması və informasiya təhlükəsizliyi qaydalarına riayət
etmək;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq
bacarığı;
Üstünlük verilir:
Pərakəndə satış (Retail) sahəsində iş təcrübəsi;
Təhlükəsizlik və itkilərin qarşısının alınması (Loss Prevention) sahəsində
təcrübə;
Təhlükəsizlik kameraları və digər təhlükəsizlik sistemləri ilə
iş təcrübəsi;
Hadisələrin araşdırılması və hesabatların hazırlanması üzrə
təcrübə;
İngilis dili biliyi.
Vəzifə funksiyaları:
Təhlükəsizlik kameralarını fasiləsiz izləmək, şübhəli fəaliyyətləri və qeyri-adi
halları müəyyən etmək və dərhal rəhbərliyə məlumat vermək;
Mağazada aşkar
olunan qayda pozuntuları, insidentlər və digər uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında
məlumatlandırmaq;
Sensormatic sistemlərinin və təhlükəsizlik qapılarının
gündəlik yoxlanılmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
Mağaza
və anbar ərazilərində məhsullar üzərində təhlükəsizlik etiketlərinin düzgün yerləşdirilməsinə dair təsadüfi
yoxlamalar aparmaq;
Əməkdaşların şəxsi dolabları, şəxsi alış-verişləri,
kassa əməliyyatları və digər aidiyyəti sahələr üzrə təsadüfi yoxlamalar həyata keçirmək;
Təhlükəsizlik kameraları sisteminin gündəlik texniki vəziyyətini
yoxlamaq;
Sistem və avadanlıqlarda yaranan nasazlıqlar barədə dərhal İT
şöbəsinə və rəhbərliyə məlumat vermək;
Geri qaytarma, dəyişdirmə, məhsul
sətrinin ləğvi və çekin ləğvi əməliyyatlarını gündəlik olaraq müşahidə kameraları vasitəsilə monitorinq və
yoxlamaq;
Mağazanın açılışı, tullantıların çıxarılması, əməkdaşların
yoxlanılması və malların qəbul edilməsi kimi mühüm əməliyyatlara nəzarət etmək;
Sözügedən proseslərin şirkətin daxili qayda və standartlarına uyğun həyata keçirilməsini təmin
etmək;
Təhlükəsizlik kameralarının görüntülərini, müşahidə qeydlərini,
jurnalları və insident hesabatlarını düzgün şəkildə qeydiyyata almaq və saxlamaq;
Zəruri hallarda insidentlərlə bağlı sübutların toplanmasında iştirak
etmək;
Tələb olunduğu hallarda aidiyyəti məlumatların və sübutların
hüquq-mühafizə orqanlarına təqdim edilməsində iştirak etmək;
Təhlükəsizlik kameralarından əldə olunan məlumatların və digər məxfi informasiyanın
qorunmasını təmin etmək;
Şirkətin daxili qaydalarına, prosedurlarına,
etik davranış kodeksinə və təhlükəsizlik standartlarına riayət etmək;
Əməkdaşlarla münasibətlərdə peşəkar davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət
etmək;
İşə davamiyyət və punktuallıq qaydalarına riayət
etmək;
Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarına
riayət etmək;
Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində
verilən digər tapşırıqları yerinə yetirmək.
CV-lərinizi mövzu hissəsinə “Təhlükəsizlik sisteminin nəzarətçisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
