Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə
verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi
yardım göstərir;
Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq
xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur;
Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət
yardımı göstərir;
Ona tabe orta və kiçik tibb personalının işinə
rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların
istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik
texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
Orta və kişik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak
edir;
Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil
edir;
Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq
vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət
edir;
Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar
peşəkar səviyyədə və vaxtında icra edir;
Qanunvericiliklə müəyyən edilmiş
müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını
artırır;
Müəyyən olunmuş qaydada sertifikasiyadan
keçir;
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə
təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması
üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
