Vakansiya haqqında
AP Physics müəllimi axtarırıq!
2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International
Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə
birləşdirir.
10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və beynəlxalq təhsil
proqramları üzrə təcrübəli müəllimləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
AP Physics proqramı üzrə dərslərin təşkili və tədrisi;
Şagirdlərin AP imtahanlarına sistemli şəkildə hazırlanması;
Tədris proqramına uyğun dərs planlarının və materiallarının hazırlanması;
Fizika mövzularının nəzəri və praktiki izahı;
Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi
qiymətləndirilməsi;
Fərdi ehtiyaclara uyğun tədris yanaşmasının
tətbiqi.
Tələblər
Fizika və ya əlaqəli sahə üzrə ali təhsil;
AP Physics tədrisi üzrə təcrübə üstünlükdür;
Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
İngilis dilində sərbəst tədris aparmaq bacarığı;
AP
proqramının və imtahan formatının yaxşı mənimsənilməsi;
Güclü
kommunikasiya və təqdimat bacarıqları;
Məsuliyyətli, sistemli və
nəticəyönümlü yanaşma;
Komanda ilə işləmək bacarığı.
İş şərtləri
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
Peşəkar inkişaf və təlim imkanları;
Beynəlxalq
təhsil mühitində çalışma imkanı.
CV-nizi mövzu hissəsində “AP Physics Teacher” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin.
Beynəlxalq təhsil mühitində peşəkar inkişaf üçün komandamıza qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
