Vakansiya haqqında
Təsvir
Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb
edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün
məhsul və xidmətlər haqqında məlumatın verilməsi;
Rəhbərlik tərəfindən
hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin
qurulması
Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin
göstərilməsi;
Müştərilər kredit üçün muraciət etdiyi halda onun
biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq;
Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə
etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi;
Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə
görüşünün təşkil edilməsi;
Fəaliyyəti haqqında rəhbərliyə
günlük/həfətəlik/aylıq hesabat verilməsi;
Kreditlərin geri ödənilməsinə
nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli
yollarını axtarmaq);
Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi
o control customer portfolio profitability;
Yeni müştərilər cəlb
edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin
edilməsi;
Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit
siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
Rəhbərlik
tərəfindən tapşırılan digər tapşırıqların həyata keçirilməsi.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq
sahə;
İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-2
il;
Texniki səriştələr: Bank məhsulları barədə
biliklər;
Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli
bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Dil
bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək
səviyyədə);
Kompüter bilikləri; Microsoft Office (Excel,
Word);
Digər: Kreditin təhlili üzrə biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
