Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını
təmin edir;
Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü
şəxslər qarşısında təmsil edir;
Filialın fəaliyyət istiqamətlərinə dair
qəbul olunmuş aktların icrasını təmin edir;
Filialın fəaliyyətinin
təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında
aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
Filial tərəfindən
sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən
edilmiş qaydada nəticələri rəsmiləşdirir;
Layihə sənədlərinin
ekspertizasını keçirir;
Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair
inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
inzibati xəta haqqında protokol tərtib edir;
Filialın Əsasnaməsində
müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər
verir;
Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun
istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla
rəsmiləşdirir;
İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində
yaranmış statistik məlumatların uçotunu aparır;
Səlahiyyətlərinə
aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada
araşdırır və nəticələrini rəsmiləşdirir;
Filialın fəaliyyətinin səmərəli
şəkildə təşkili ilə bağlı təkliflər verir;
Öz fəaliyyəti barədə Filial
rəisinə hesabat verir;
Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə
mütənasib hüquqlardan istifadə edir;
Əmək müqaviləsində və Filialın
Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər
Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;
Müvafiq sahə (Qaz təchizatı) üzrə ən azı 3 il iş təcrübəsi;
Yaş həddi 25-45 aralığı;
Microsoft Word və Excel
proqramlarında mükəmməl işləmə bacarığı;
Vətəndaşlarla işləmə, fikrini
düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
İş şəraiti
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yeri: Regionlar üzrə
Vakant vəzifə ilə maraqlanan şəxslər anketləriniMüraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını
(Qaz müfəttişi) qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
