Vakansiya haqqında
Təsvir
İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına
malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində
aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət
xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı
gücləndirməkdir.
Vəzifə öhdəlikləri
Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun
həyata keçirilməsini təmin etmək.
Məhsulun beynəlxalq vendor ilə birgə
yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə
planının yerinə yetirilməsinə nəzarət etmək.
Layihə sənədlərini (Project
Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin
(milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.
Büdcə,
resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul
etmək.
Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri
(Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.
Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı
təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.
Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin
etmək.
Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq —
davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları
qurmaq.
Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün
tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə
etmək.
Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq
etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata
keçirmək.
Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal
strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.
Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik
yanaşmalar tətbiq etmək.
Komanda motivasiyasını və əməkdaşlıq mühitini
qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək.
Tələblər
Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə
üzrə);
Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 4 il iş
təcrübəsi(dövlət və biznes/korporativ istiqamətlər üstünlükdür).
Qanunvericilik aktlarının məhsul proseslərinə tətbiqini başa düşmək və təmin etmək
bacarığı.
G2C/G2G/G2B məhsullarının idarə olunmasında praktiki təcrübə
arzuolunandır
Müasir veb arxitekturalar: mikoservislər, API-lər üzərindən
inteqrasiya, vahid giriş (SSO) və s. üzrə biliklər.
Texniki həlləri
qiymətləndirmək, sistem analizi aparmaq, məhsul tələbləri (PRD) və yenidən dizayn sənədləri hazırlamaq
bacarığı.
Strateji yol xəritəsi hazırlama və yüksək səviyyəli maraqlı
tərəflərlə iş üzrə bacarıq.
Yazılı və şifahi ingilis dili biliyi vacibdir
(rus dili üstünlükdür).
PMI ACP, PMP və ya oxşar beynəlxalq
sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
Texniki alətlər: MS Project, Jira, Clickup, AI modelləri və s. ilə işləmə
təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
