Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması
(rebrendinq) proseslərində aktiv iştirak etmək;
Neyminq, marka dilini
(ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
360
dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli
sürmək;
Televiziya reklam çarxları, radio spot ssenariləri, çap
materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər
yazmaq;
Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik
standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
Kopirayter
komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə
nəzarəti təmin etmək;
Departament arasındakı digər əməkdaşlarla sıx
əməkdaşlıq etmək;
Dizayn, SMM komandalarına, influenser və reklam
agentliklərinə düzgün briflər ötürmək;
Təyin olunmuş tarixlərdə
(deadline) tapşırıqları düzgün təhvil vermək.
Vəzifə tələbləri
Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
Reklam agentliyi təcrübəsi mütləqdir;
Müxtəlif
auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
Qrammatik
biliklər;
Kreativlik, analitik düşüncə, diqqətcil
olmaq;
Operativ və düzgün qərar vermə;
Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı
Dil biliyi:
Azərbaycan - Mükəmməl
İngilis -
Yüksək
Rus - Orta
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl tibbi sığorta təminatı
Yığım həyat
sığortası proqramına qoşulma imkanı
Push30 platformasında korporativ
güzəştlər
Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş
şəbəkəsinin eksklüziv təklifləri
Peşəkar təlimlər, daxili vakansiyalar
vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani
küç. 3066)
İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 –
18:00)
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
