Vakansiya haqqında
Biznes mərkəzimizə peşəkar ünsiyyət bacarıqlarına malik, məsuliyyətli və təşkilatçılıq
qabiliyyəti olan qeydiyyatçı axtarılır.
Qeydiyyatçı biznes mərkəzinə gələn qonaqların qarşılanması, mərkəzdə fəaliyyət göstərən
şirkətlərlə gündəlik əlaqələrin qurulması, onların müraciətlərinin cavablandırılması və inzibati proseslərin
koordinasiyasında iştirak edəcək.
Vəzifə öhdəlikləri
Biznes mərkəzinə gələn qonaqları, müştəriləri və işgüzar tərəfdaşları qarşılamaq,
qeydiyyatını aparmaq və müvafiq istiqamət üzrə yönləndirmək;
Biznes
mərkəzində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə gündəlik işgüzar əlaqələri təmin
etmək;
İcarədar şirkətlərin müraciət və sorğularını qəbul etmək, müvafiq
məsələlərin həlli üçün aidiyyəti struktur bölmələri ilə koordinasiya aparmaq;
Şirkətlərin inzibati, texniki və təsərrüfat məsələləri ilə bağlı müraciətlərinin müvafiq
şəxslərə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
Daxil olan telefon zənglərini və elektron müraciətləri cavablandırmaq, zəruri hallarda
aidiyyəti şəxslərə yönləndirmək;
Biznes mərkəzinə daxil olan məktub,
sənəd və digər yazışmaları qəbul etmək, onların qeydiyyatını aparmaq və müvafiq uçotunu təmin
etmək;
Daxil olan məktubların və sənədlərin aidiyyəti şirkətlərə, onların
nümayəndələrinə və ya məsul şəxslərə vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək;
Biznes mərkəzində keçirilən görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati dəstək
göstərmək;
İcarədar şirkətlərə biznes mərkəzinin daxili qaydaları, mövcud
xidmətləri və istifadə prosedurları barədə məlumat vermək;
Qonaqların və
şirkət nümayəndələrinin qeydiyyatını, müraciətlərini və zəruri məlumatları müvafiq qaydada qeydə
almaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə
yerinə yetirilməsini təmin etmək;
Qeydiyyat sahəsində nizam-intizamı və
peşəkar xidmət standartlarını qorumaq.
Namizədə dair tələblər
Ali təhsil;
Azərbaycan və ingilis
dillərini səlis bilmək, rus dilini bilmək üstünlükdür;
Yüksək ünsiyyət,
təqdimat və müştəri xidməti bacarıqları;
Kompüter və ofis proqramlarından
istifadə bacarığı;
Sənədləşmə və inzibati işlərin aparılması üzrə
biliklər;
Məsuliyyətlilik, diqqətlilik, operativlik və problem həll etmə
bacarığı;
İşgüzar yazışma və telefon danışıqları aparmaq
bacarığı;
Komandada işləmək, işləri koordinasiya etmək və bir neçə
tapşırığı paralel yerinə yetirmək bacarığı;
Müvafiq sahədə iş təcrübəsi
arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını
qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
