Vakansiya haqqında
Vəzifə və öhdəliklər
İstifadəçilərin gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli
(kompüter, proqram təminatı, internet, telefon və s.).
Kompüter, noutbuk,
monitor, printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, qoşulması və texniki
dəstəyi.
Printerlərin gündəlik texniki xidməti, kartriclərin
dəyişdirilməsi və sadə nasazlıqların aradan qaldırılması.
İş yerlərində
şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və bağlantı problemlərinin aradan
qaldırılması.
Windows, Microsoft Office və Microsoft 365 üzrə
istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi.
LAN, Wi-Fi, internet
və VPN bağlantılarında yaranan problemlərin ilkin diaqnostikası.
IP-telefonların qoşulması və sadə texniki nasazlıqlarının aradan
qaldırılması.
Yeni əməkdaşlar üçün iş yerlərinin hazırlanması: kompüter,
domen hesabı, korporativ e-poçt, telefon və tələb olunan proqram təminatı.
İT avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi.
Texniki müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll
edilməsi.
Zərurət yarandıqda şirkətin müxtəlif obyektlərində yerində
texniki dəstəyin göstərilməsi
Bilik və bacarıqlar
Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki
dəstəyi.
Microsoft Office və Microsoft 365 tətbiqləri üzrə praktiki
biliklər.
Active Directory, domen hesabları və Group Policy haqqında
ilkin biliklər.
Baza şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi,
VPN).
Printer, skaner, IP-telefon və digər periferik avadanlıqların
quraşdırılması və sazlanması.
Kompüter avadanlıqlarının əsas
komponentləri və sadə hardware problemlərinin aradan qaldırılması.
Ticketing sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji
sistemlər).
Texniki problemlərin diaqnostikası və həlli
(troubleshooting).
Ünsiyyət, operativlik və komanda ilə işləmək
bacarığı.
Namizədə tələblər:
Ali və ya orta ixtisas texniki təhsili (arzuolunandır).
İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi.
Azərbaycan və rus dillərində ünsiyyət bacarığı.
İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı.
Məsuliyyətlilik, dəqiqlik və istifadəçi yönümlü yanaşma.
Sumqayıt, Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır
Biz təklif edirik:
Peşəkar və inkişaf yönümlü iş mühiti
Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
Karyera inkişafı perspektivi
Əmək haqqı: 700-800
AZN
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV)
"mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
