Vakansiya haqqında
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
Şirkətin daxili satınalma ehtiyaclarını müəyyənləşdirmək və satınalma prosesini
təşkil etmək;
Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin
alınması və qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq;
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar
aparmaq;
Satınalma sifarişləri, müqavilələr və digər sənədlərin
hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək;
Sifarişlərin icrasını,
məhsul və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə təqdim edilməsini izləmək;
Təchizatçıların fəaliyyətini qiymətləndirmək və satınalma xərclərinin optimallaşdırılması üzrə
təkliflər vermək;
Satınalma sənədlərini və məlumat bazasını idarə etmək,
hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
Satınalma proseslərinin daxili siyasət və prosedurlara uyğun həyata keçirilməsini təmin etmək
və rəhbərliyin tapşırıqlarını icra etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat
zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə);
Satınalma, Təchizat,
Logistika və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi;
Microsoft
Office (Word,Excel, Powerpoint) xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək;
ERP və satınalma sistemlərində işləmək bacarığı;
1C
proqramında işləmək bacarığı;
Müqavilə və satınalma sənədləri ilə işləmək
bacarığı;
Azərbaycan dilini səlis bilmək, İngilis və/və ya Rus dilini
bilmək üstünlükdür.
Təklif Edilir:
Şirkət tərəfindən nahar təminatı;
Korporativ nömrə.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
