Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi, əlaqəli
sahələr üzrə);
Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili yüksək
səviyyədə, rus dili arzuolunandır;
Minimum 1-2 il iş təcrübəsi (Sahə üzrə
Maliyyə sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir);
Kompüter
bilikləri: MS Office proqramları (peşəkar səviyyədə);
Risklərin idarə
olunması, daxili nəzarət və sığorta sahəsində sertifikatlar üstünlükdür;
Komandada işləmək və təqdimat bacarığı.
İş haqqında məlumat:
Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata
keçirmək;
Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin
monitorinqində iştirak etmək;
Risklərin idarə edilməsi ilə bağlı
metodologiyaların hazırlanmasında iştirak etmək;
Mütəmadi olaraq
risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsinin hazırlanmasına köməklik
göstərmək;
Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata
keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
Risklərin
qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər bölmələrindən, elektron informasiya sistemlərindən,
eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
İnsidentlərin idarə olunması çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin
aradan qaldırılması üçün təkliflər vermək;
Mövcud və yeni məhsul, xidmət,
proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması,
minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
Şirkətdə
risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq
razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın
adını (Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis) qeyd edərək,Müraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
