Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların
şəbəkəsi
Namizədə aid tələblər:
Orta ixtisas və ya ali təhsilli olması;
Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
Səlis azərbaycan dili bilikləri;
Komandada işləmək
bacarığı;
Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və
məsuliyyətlilik;
Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq
bacarığı;
Rəislərin əmrlərinin vaxtında və düzgün
icrası;
Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək
qabiliyyəti, stresə davamlılıq bacarığı;
Microsoft Office üzrə yaxşı
biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
AR SQ hərbi
xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi
qeydlərin aparılması;
Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi
və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
Daxili qayda
pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin
aparılması və rəislərə məruzə edilməsi;
Oğurluq, əmlakdan sui-istifadə
hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi;
Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması,
uyğunsuzluqların qeydə alınması və rəislərə vaxtında məruzə edilməsi ;
Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün
aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə
edilməsi;
Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar
barədə texniki komandaya məlumatın təqdim edilməsi;
İşçi heyətinin daxili
qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Növbəli iş rejimi;
Müasir idarəetmə sistemi və
mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsinin
növbətçisi” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
