Vakansiya haqqında
Grinco MMC şirkətin gündəlik
maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və sistemli şəkildə icrasını təmin edəcək
Mühasib-operator axtarır.
Bu vəzifə ilkin mühasibat sənədlərinin
hazırlanması, elektron qaimələr, bank əməliyyatları, debitor-kreditor hesablaşmaları, mal-material hərəkətləri və
daxili uçot proseslərinin aparılmasını əhatə edir.
Vəzifə
öhdəlikləri
Alış və satış əməliyyatlarının mühasibat
sistemində düzgün qeydiyyatının aparılması;
Elektron qaimələrin hazırlanması, göndərilməsi, qəbul edilməsi və statuslarının
izlənilməsi;
Hesab-faktura,
təhvil-təslim aktı, müqavilə və digər ilkin mühasibat sənədlərinin hazırlanması və
yoxlanılması;
Bank
əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının sistemə
işlənməsi;
Debitor və
kreditor borclarının gündəlik izlənilməsi və üzləşmələrin aparılması;
Müştəri və təchizatçılar üzrə ödəniş və borc
vəziyyətinin nəzarətdə saxlanılması;
Anbara daxil olan və anbardan çıxan malların sənədlər üzrə uçotunun
aparılması;
Anbar, alış və
satış məlumatlarının mühasibat/ERP sistemi ilə uyğunluğunun yoxlanılması;
Müqavilə, sifariş, qaimə, akt və ödəniş sənədlərinin
qarşılıqlı uyğunluğunun yoxlanılması;
İlkin mühasibat sənədlərinin elektron və fiziki arxivinin sistemli şəkildə
aparılması;
Aylıq bağlanış
üçün tələb olunan sənəd və məlumatların hazırlanması;
Xarici mühasibat/consulting xidməti və şirkət rəhbərliyi ilə mühasibat məsələləri
üzrə koordinasiyanın həyata keçirilməsi;
Rəhbərliyə debitor-kreditor, ödənişlər, satışlar və digər əməliyyatlar üzrə tələb
olunan hesabatların təqdim edilməsi;
Şirkətdaxili maliyyə və kommersiya məlumatlarının məxfiliyinin
qorunması.
Namizədə
tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya
əlaqəli sahə üzrə ali təhsil;
Mühasib-operator, mühasib köməkçisi və ya oxşar vəzifədə minimum 1–2 il iş
təcrübəsi;
1C və MS Excel proqramlarında yaxşı işləmə
bacarığı;
ERP proqramları
ilə işləmə təcrübəsi üstünlükdür;
e-taxes, e-qaimə və internet banking sistemləri ilə işləmək
bacarığı;
İlkin mühasibat
uçotu və sənəd dövriyyəsi barədə yaxşı bilik;
Debitor-kreditor hesablaşmaları və üzləşmə proseslərini
bilməsi;
Sənədlərlə
işləyərkən yüksək diqqət və dəqiqlik;
Tapşırıqları son tarixlərə uyğun və məsuliyyətlə icra etmək
bacarığı;
Analitik düşüncə,
operativlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Xətai
rayonu — Nobel Hotel-in yanı
İş günləri: Bazar ertəsi – Cümə, həftədə 5
gün
İş
saatı: 08:30 – 17:30
Əmək haqqı:800–1,000 AZN NET, namizədin bilik və
təcrübəsindən asılı olaraq
Uyğun namizədlər CV-lərini e-mailin mövzu
hissəsində “Mühasib-operator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın
tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
