Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Memarlıq və konstruktiv layihələrin hazırlanması, texniki həllərin
işlənməsi.
Obyektlərdə ilkin ölçülərin götürülməsi və mövcud məkanın
texniki təhlilinin aparılması.
Layihələr üzrə iş planı və deadlineların
müəyyən edilməsi, layihənin başlanğıcdan təhvilə qədər icrasının izlənilməsi və koordinasiyası.
Layihə üzrə material sərfiyyatının hesablanması, mal-material hesabatının hazırlanması, tələb
olunan material miqdarının müəyyən edilməsi və material/işçilik xərclərinin ilkin hesablanması.
İşçi çertyojların, texniki planların, kəsiklərin və detallı layihə sənədlərinin
hazırlanması.
Mebel, metal konstruksiya və digər istehsalat
elementlərinin layihəyə uyğunluğunu təmin etmək.
Layihələrin istehsalat
və quraşdırma mərhələlərində texniki nəzarəti həyata keçirmək.
Layihə
komandası və istehsalat əməkdaşları ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
AutoCAD, Archicad, SOLIDWORKS proqramlarından peşəkar səviyyədə istifadə
bacarığı.
3ds Max, SketchUp və ya digər vizuallaşdırma
proqramlarında işləmək bacarığı üstünlükdür.
Texniki çertyojları,
konstruktiv sxemləri və işçi layihələri sərbəst oxumaq və hazırlamaq bacarığı.
Ölçülərlə yüksək dəqiqliklə işləmək, texniki hesablamalar aparmaq və miqyasları düzgün tətbiq
etmək bacarığı.
Tikinti materialları, mebel konstruksiyaları və metal
elementlər barədə biliklər.
Texniki sənədləşdirmə və layihə standartları
üzrə biliklər.
Yüksək analitik düşüncə, diqqətlilik və texniki
savadlılıq.
İş şəraiti:
Qrafik: 6\1
Əmək haqqı: 1000-2500
AZN
Ünvan: Kənd Əhmədli
Qeyd: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə
tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri
və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Müraciət üçün CV faylınızı və portfolionuzuMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına “Aparıcı Memar” başlığı ilə göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
