Vakansiya haqqında
Prior Leasing şirkəti komandamıza qoşulacaq,
ünsiyyət bacarığı və təqdimat qabiliyyəti ilə seçilən Brand Face axtarır!
Namizədə tələblər
Kamera qarşısında çıxış etmək bacarığı
Aparıcılıq, jurnalistika, reklam və ya media sahəsində təcrübə
arzuolunandır
Azərbaycan dilində səlis, aydın və düzgün
nitq
Yüksək ünsiyyət və təqdimat bacarığı
Müxtəlif auditoriyalar, xüsusilə fermerlər və region sakinləri ilə effektiv kommunikasiya
qurmaq bacarığı
Rayonlara mütəmadi ezamiyyətlərə hazır
olmaq
Çevik iş qrafikinə, o cümlədən həftəsonu tədbirlərinə uyğunlaşmaq
bacarığı
Səliqəli və peşəkar görünüş
Sosial media platformaları və müasir kontent trendləri haqqında məlumatlı
olmaq.
Vəzifə öhdəlikləri
Şirkətin brend siması kimi reklam, sosial media və korporativ videolarda iştirak
etmək
Rayonlara ezamiyyətlər zamanı fermerlər və tərəfdaşlarla görüşlər,
müsahibələr və reportajlar aparmaq
Şirkətin məhsul və xidmətlərini təqdim
etmək
Sərgi, festival, və tədbirlərdə şirkəti təmsil etmək və
aparıcılıq etmək
Sosial media platformaları üçün qısa formatlı
kontentlərin çəkilişində iştirak etmək
Marketinq komandası və videoqrafla
birgə kontent ideyalarının hazırlanmasına töhfə vermək
Çəkiliş və
tədbirlər zamanı şirkətin brend üslubuna və kommunikasiya qaydalarına riayət etmək.
İş şərtləri
İş qrafiki: Həftədə 5 iş günü;
İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brand
Face” yazaraq Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və yahttps://careers.ram.az/?vacancy=2630&source=UC_65TIFHlinki vasitəsi ilə müraciət etmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
