Vakansiya haqqında
Bu vəzifə dayanıqlılıq hesabatlılığı, CBAM və EPD layihələri üzrə məlumatların
toplanması, sistemləşdirilməsi, ilkin təhlili və aidiyyəti struktur bölmələrlə koordinasiyanı əhatə
edir.
Vəzifə öhdəlikləri
Sustainability və ESG hesabatları üçün ekoloji, sosial və korporativ idarəetmə
göstəricilərinin toplanması və sistemləşdirilməsi;
Məlumatların
düzgünlüyünün, tamlığının və təsdiqedici sənədlərə uyğunluğunun ilkin yoxlanılması;
CBAM üzrə istehsal, xammal, enerji sərfiyyatı və karbon emissiyalarına dair məlumatların
toplanması və hesabat şablonlarına daxil edilməsi;
EPD və LCA layihələri
üzrə material, enerji, su, tullantı və istehsal proseslərinə aid məlumatların hazırlanması;
İlkin hesablamaların, analitik cədvəllərin və hesabat materiallarının hazırlanmasına dəstək
göstərilməsi;
Xarici məsləhətçilər və daxili struktur bölmələrlə məlumat
mübadiləsinin və iş proseslərinin əlaqələndirilməsi;
Layihə
tapşırıqlarının, son tarixlərin və sənəd dövriyyəsinin izlənilməsi;
Rəhbərlik üçün hesabatların, təqdimatların və qısa status məlumatlarının
hazırlanması.
Tələblər
Ətraf mühit, mühəndislik, iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə olunması
və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Sustainability və ESG
istiqamətində baza nəzəri və praktiki biliklər;
Məlumatların toplanması,
sistemləşdirilməsi və təhlili üzrə iş təcrübəsi;
MS Excel proqramında
sərbəst işləmək, əsas düsturlardan və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət
bacarığı.
Analitik düşüncə, rəqəmlərlə işləmək və detallara diqqət
bacarığı;
Müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq və iş
proseslərini koordinasiya etmək bacarığı.
Üstünlük hesab olunur
CBAM, EPD, LCA, GRI və istixana qazı emissiyalarının hesablanması üzrə ilkin
biliklər;
İstehsalat, enerji sərfiyyatı, ətraf mühit göstəriciləri və ya
əməliyyat məlumatları ilə işləmək təcrübəsi;
Excel-də Pivot Table və
məlumatların yoxlanması alətlərindən istifadə bacarığı;
Sustainability,
ESG və əlaqəli istiqamətlər üzrə təlimlərdə, sertifikat proqramlarında və ya layihələrdə iştirak.
Qeyd: Vəzifə səviyyəsi namizədin praktiki təcrübəsi və müstəqil işləmək
bacarığı əsasında müəyyən ediləcək. CBAM və EPD layihələrinə rəhbərlik təcrübəsi tələb olunmur.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək
haqqı;
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
